Peşə yoxsa YouTube? Gənclərin qarşısındakı vacib seçim

Peşə yoxsa YouTube? Gənclərin qarşısındakı vacib seçim"Son illər bir çox gənc karyerasını yalnız YouTube, TikTok, Instagram və digər sosial media platformaları üzərində qurmaq istəyir. "Video çəkim, məşhur olum və pul qazanım" düşüncəsi cəlbedici görünsə də, bu yanaşma kifayət qədər risklidir və əksər hallarda uzunmüddətli uğur vəd etmir".

Bunu BiG.AZ-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı, Bəhruz Əliyev bildirib.

O, qeyd edib ki, əlbəttə, sosial media vasitəsilə yüksək gəlir əldə etmək mümkündür. Lakin statistik göstəricilər sübut edir ki, bunu bacaranların sayı çox azdır. Xüsusilə də konkret peşəsi, ixtisası və ya insanlara faydalı bilik təqdim edə biləcəyi sahəsi olmayan şəxslər üçün yalnız sosial media üzərindən sabit gəlir əldə etmək olduqca çətindir. "Bəlkə videom viral oldu" prinsipi üzərində karyera qurmaq etibarlı model hesab edilə bilməz:

"Diqqət yetirsək görərik ki, sosial mediada uğur qazanan insanların böyük hissəsi əvvəlcə öz peşəsində tanınıb. Müəllim dərs izah edir, həkim sağlamlıqla bağlı maarifləndirici videolar hazırlayır, mühəndis texnologiyadan danışır, usta isə praktik bacarıqlarını nümayiş etdirir. Yəni YouTube və digər platformalar onların əsas peşəsi deyil, bilik və bacarıqlarını daha geniş auditoriyaya təqdim edən vasitədir.

Bəzi insanlar isə maraqlı hekayələr danışmaq, fərqli məzmun yaratmaq və cəmiyyətin diqqətini cəlb etmək bacarığı sayəsində uğur qazanırlar. Ancaq bu da hər kəsdə olmayan, illərlə formalaşan yaradıcılıq və kommunikasiya qabiliyyəti tələb edir. Təkcə "məşhur olmaq" arzusu isə uzunmüddətli uğur üçün kifayət etmir. Auditoriya yalnız dəyər yaradan məzmunu izləyir və ona sadiq qalır.

Ən sağlam yanaşma əvvəl peşə və bacarıq qazanmaq, daha sonra sosial mediadan həmin bacarıqları tanıtmaq üçün istifadə etməkdir. Məsələn, kənddə yaşayan bir gənc elektrik ustalığını öyrənə, eyni zamanda YouTube kanalında ev elektrik sistemləri ilə bağlı faydalı videolar paylaşa bilər. Belə olduqda o, həm peşə sahibi olur, həm də zamanla öz auditoriyasını və əlavə gəlir mənbəyini formalaşdırır.

Bu səbəbdən "oxumayım, peşə öyrənməyim, yalnız sosial media ilə pul qazanım" düşüncəsi doğru yanaşma deyil. Sosial media gəliri dəyişkəndir və heç bir zəmanət vermir. Peşə isə insanın ömür boyu istifadə edə biləcəyi ən qiymətli kapitaldır. Sosial media peşəni əvəz edən deyil, onu tamamlayan və inkişaf etdirən alət kimi dəyərləndirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 706   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.