Seuta böhranı: Miqrasiya dalğasının arxasında geosiyasi hesablar
İspaniyanın Şimali Afrikadakı anklavı Seuta son günlər Mərakeşdən gələn qanunsuz miqrant axını səbəbindən ciddi humanitar və təhlükəsizlik böhranı ilə üzləşib. Kütləvi miqrasiya dalğasından sonra şəhərdə faktiki olaraq miqrasiya böhranı yaşanır".
Seuta rəhbəri Xuan Xesus Vivas bildirib ki, qəbul mərkəzləri imkanlarını tamamilə tükədib, insanlar açıq havada gecələyir, infrastruktur isə normadan dəfələrlə artıq yüklənib. Hər gün orta hesabla 300 miqrantın gəlməsi 2021-ci ildə qısa müddətdə təxminən 10 min nəfərin Seutaya keçdiyi böhranı yenidən xatırladır. Yerli hakimiyyət Madrid hökumətindən fövqəladə vəziyyət elan edilməsini və bölgəyə əlavə hərbi qüvvələrin göndərilməsini tələb edib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, baş verənlər ilk baxışdan humanitar böhran təsiri bağışlasa da, prosesin geosiyasi tərəfi də var. Seuta Cəbəllütariq boğazının Afrika sahilində yerləşən, lakin İspaniyaya məxsus muxtar şəhərdir və Avropa İttifaqının xarici sərhədlərindən biri hesab olunur. Bu səbəbdən şəhər həm strateji, həm də miqrasiya marşrutlarına nəzarət baxımından xüsusi əhəmiyyət daşıyır:
"1956-cı ildə müstəqillik əldə etdikdən sonra Mərakeş Seuta və Melilyanı öz tarixi əraziləri hesab etdiyini bəyan edib. O vaxtdan bu şəhərlər Madrid və Rabat arasında həssas siyasi məsələlərdən biri olaraq qalır. Son illərdə yaşanan miqrasiya böhranları isə Mərakeş üçün İspaniyaya təsir rıçaqlarından birinə çevrilib.
Məncə, proses yalnız Mərakeşlə məhdudlaşmır. Son dövrlərdə Madrid Vaşinqtonun bəzi xarici siyasət təşəbbüslərinə, xüsusilə İran məsələsində ABŞ-ın mövqeyinə tam dəstək verməyib. İspaniyanın ABŞ hərbi təyyarələrinin bəzi aviabazalarından və hava məkanından istifadəsinə məhdudiyyətlər tətbiq etməsi də diqqət çəkən məqamlardandır.
Bu baxımdan Seutada yaranan miqrasiya təzyiqini İspaniyaya verilən geosiyasi mesaj kimi qiymətləndirən ekspertlər də var. Belə yanaşmaya görə, Vaşinqton Avropadakı müttəfiqlərinə ABŞ-ın strateji maraqlarından kənar addımların siyasi nəticələrinin ola biləcəyini göstərməyə çalışır. Bununla belə, bu iddianı təsdiqləyən rəsmi faktlar mövcud deyil və məsələ daha çox analitik qiymətləndirmə kimi nəzərdən keçirilir.
İstənilən halda, Seutada baş verənlər təkcə miqrasiya problemi deyil, həm də Avropa, Şimali Afrika və qlobal geosiyasi münasibətlərin kəsişdiyi mürəkkəb prosesin növbəti təzahürü kimi qiymətləndirilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 738 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774