Keyfiyyətli insan kapitalı iqtisadiyyatın əsas dayağıdır
"Doğum səviyyəsinin azalmasını avtomatik şəkildə iqtisadi fəlakət kimi qiymətləndirmək düzgün yanaşma deyil. Müasir dövrdə dövlətlərin inkişaf səviyyəsi təkcə əhalinin sayı ilə deyil, insan kapitalının keyfiyyəti, innovasiya potensialı və əmək məhsuldarlığı ilə müəyyən olunur. Buna görə də əsas məsələ insanların sayını artırmaqdan daha çox, mövcud insan resurslarının potensialını maksimum dərəcədə reallaşdırmaqdır".
Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.
O, qeyd edib ki, bu məqsədə çatmaq üçün keyfiyyətli təhsil sisteminin formalaşdırılması, müasir səhiyyə xidmətlərinin əlçatanlığının artırılması, peşə bacarıqlarının inkişaf etdirilməsi və vətəndaşların yüksək həyat standartları ilə təmin olunması prioritet olmalıdır. Güclü iqtisadiyyatın təməlində məhz sağlam, savadlı və peşəkar insan kapitalı dayanır:
"Azərbaycanda da əsas çağırış işçi qüvvəsinin sayının azalması deyil, əmək məhsuldarlığının artırılması, təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması və iqtisadi idarəetmənin daha səmərəli təşkili ilə bağlıdır. İnsan kapitalına qoyulan investisiyalar artdıqca, ölkənin rəqabət qabiliyyəti və iqtisadi dayanıqlılığı da güclənəcək.
Bununla yanaşı, demoqrafik siyasət də dövlətin əsas prioritetlərindən biri olmalıdır. Gənc ailələrin sosial rifahının yaxşılaşdırılması, yeni doğulan uşaqlara verilən birdəfəlik müavinətlərin artırılması, hər bir uşaq üçün aylıq sosial dəstək mexanizminin - "uşaq pulu"nun tətbiqi, eləcə də mənzil və məşğulluq imkanlarının genişləndirilməsi ailələrin maddi yükünü azalda və doğum səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərə bilər.
Demoqrafik artım, əlbəttə ki, ölkənin gələcəyi üçün vacib amildir. Ancaq təkcə əhalinin sayının çox olması iqtisadi inkişaf üçün kifayət etmir. Əsas məqsəd sağlam, bilikli, peşəkar və yaradıcı düşüncəyə malik insanların yetişdirilməsi, onların potensialının iqtisadiyyatın inkişafına yönəldilməsi olmalıdır.
Sadə dillə desək, ölkənin gücü yalnız neçə milyon əhaliyə sahib olmasında deyil, həmin insanların nə qədər bilikli, bacarıqlı və məhsuldar olmasındadır. Tarix dəfələrlə sübut edib ki, bəzən bir alim, bir mühəndis, bir həkim və ya bir ixtiraçı yaratdığı yeniliklə milyonlarla insanın həyatına təsir göstərir və bütöv bir ölkənin inkişafına töhfə verir. Məhz buna görə də Azərbaycanın gələcək inkişaf strategiyası əhalinin sayının artımı ilə yanaşı, keyfiyyətli insan kapitalının formalaşdırılmasına söykənməlidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 686 Tarix: 05 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"
Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d
17.09.2021 1693 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...
Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır
18.09.2021 1109 Paşinyan Batumidə "yoxa çıxdı"
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy
18.09.2021 774