Hikmət Hacıyevin mesajı: Sülhün açarı Ermənistan Konstitusiyasındadır

Hikmət Hacıyevin mesajı: Sülhün açarı Ermənistan KonstitusiyasındadırAzərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılmasının vacibliyini bir daha gündəmə gətirib. Onun sözlərinə görə, hazırda Ermənistanda yeni Konstitusiyanın hazırlanması istiqamətində müəyyən proseslərin başlanacağına dair siqnallar alınır.

Hikmət Hacıyev vurğulayıb ki, həmin ərazi iddiaları Konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün hər hansı problem görmədiyini bildirib. O, əlavə edib ki, hazırda regionda artıq de-fakto sülh mühiti mövcuddur və bunun hüquqi müstəvidə rəsmiləşdirilməsi üçün əsas maneə məhz Ermənistanın hüquqi bazasında qalan ziddiyyətlərdir.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verəm politoloq Turan Rzayev bildirib ki, əslində, Prezidentin köməkçisinin səsləndirdiyi fikirlər Azərbaycanın sülh prosesi ilə bağlı uzun müddətdir dəyişməyən prinsipial mövqeyinin növbəti ifadəsidir. Bakı artıq məsələyə yalnız siyasi bəyanatlar prizmasından yanaşmır. Azərbaycanın mövqeyinə görə, Ermənistan regionda uzunmüddətli və etibarlı sülh istəyirsə, bunu ilk növbədə öz qanunvericiliyində və xüsusilə Konstitusiyasında əks etdirməlidir:

"Bu tələb təsadüfi deyil. Çünki hakimiyyətlər dəyişə, siyasi kurslar yenilənə bilər. Lakin Konstitusiya dövlətin hüquqi iradəsini və strateji mövqeyini əks etdirən əsas sənəddir. Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edən müddəalar qüvvədə qaldığı müddətdə imzalanacaq istənilən sülh sazişi gələcəkdə hüquqi və siyasi risklər daşımağa davam edəcək. Bir tərəfdən sülh sənədini imzalamaq, digər tərəfdən isə Konstitusiyada qonşu dövlətlərə qarşı iddiaları saxlamaq mahiyyət etibarilə bir-birini inkar edən yanaşmadır.

Hikmət Hacıyevin "ərazi iddiaları Konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür" fikri də onu göstərir ki, Bakı sülh prosesini süni şəkildə uzatmağa və ya əlavə siyasi şərtlər irəli sürməyə çalışmır. Azərbaycanın tələbi konkret, hüquqi baxımdan əsaslandırılmış və uzunmüddətli sabitliyə hesablanmış yanaşmadır. Ermənistan Konstitusiyasındakı ziddiyyət aradan qaldırıldıqdan sonra yekun sülh sazişinin imzalanması üçün siyasi maneə qalmayacaq. Azərbaycan üçün əsas məqsəd sadəcə sənədin imzalanması deyil, onun gələcəkdə etibarlı və davamlı hüquqi əsaslara söykənməsidir.

Prezidentin köməkçisi müsahibəsində Azərbaycan-Türkiyə münasibətlərinə də toxunaraq iki ölkənin strateji birliyini vurğulayıb. O bildirib: "Türkiyənin olmadığı masada Azərbaycan, Azərbaycanın olmadığı masada isə Türkiyə var. Ölkələrimizin maraqlarına qarşı olan hər bir addıma qəti şəkildə cavab veririk və bundan sonra da bu şəkildə davam edəcəyik."

Bu bəyanat onu göstərir ki, Azərbaycan və Türkiyə artıq klassik strateji tərəfdaşlıq çərçivəsini xeyli geridə qoyaraq vahid geosiyasi xətt üzrə koordinasiyalı fəaliyyət göstərirlər. İki qardaş ölkə regional təhlükəsizlik, enerji, nəqliyyat və siyasi məsələlərdə ortaq mövqe nümayiş etdirir. Eyni zamanda bu mesaj Ermənistan və digər regional aktorlar üçün də aydın siqnaldır: Azərbaycan-Türkiyə tandemi bundan sonra da Cənubi Qafqazda formalaşacaq yeni təhlükəsizlik və əməkdaşlıq sisteminin əsas dayaqlarından biri olaraq qalacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 05 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.