Üzən məzənnəyə keçid üçün Azərbaycan hazırdırmı?

Üzən məzənnəyə keçid üçün Azərbaycan hazırdırmı?"Azərbaycanda üzən məzənnəyə tam keçilməməsinin əsas səbəbləri ölkə iqtisadiyyatının quruluşu, neft-qaz gəlirlərindən asılılıq, maliyyə bazarlarının inkişaf səviyyəsi və qiymət sabitliyinin qorunması ilə bağlıdır. Hazırda manat idarə olunan məzənnə rejimindədir. Bu sistemdə Mərkəzi Bank zəruri hallarda valyuta bazarına müdaxilə edərək məzənnədə kəskin dəyişikliklərin qarşısını alır".

Bunu BiG.AZ-a açıqlamasında Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli bildirib.

O, qeyd edib ki, Azərbaycanın valyuta gəlirlərinin böyük hissəsi enerji ixracından formalaşdığı üçün neft qiymətlərindəki dəyişikliklər manatın məzənnəsinə ciddi təsir göstərə bilər. Tam üzən məzənnə tətbiq olunarsa, bu dalğalanmalar həm biznes, həm də əhali üçün qeyri-müəyyənlik yaradar:

"Ölkənin idxaldan yüksək asılılığı da mühüm amildir. Manatın zəifləməsi ərzaq, dərman, məişət texnikası və digər idxal məhsullarının bahalaşmasına, nəticədə inflyasiyanın artmasına səbəb ola bilər. İdarə olunan məzənnə isə qiymət sabitliyinin qorunmasına kömək edir.

Bununla yanaşı, maliyyə bazarlarının tam inkişaf etməməsi və dollarlaşma səviyyəsinin yüksək olması üzən məzənnəyə keçidi çətinləşdirən amillərdəndir. Böyük valyuta ehtiyatları isə Mərkəzi Banka bazarda sabitliyi qorumağa imkan verir. Eyni zamanda, 2015-ci ildə baş verən iki devalvasiyanın yaratdığı mənfi təcrübə məzənnə sabitliyinin qorunmasını daha da vacib edir.

İdarə olunan məzənnənin müəyyən çatışmazlıqları olsa da, hazırkı şəraitdə o, iqtisadi sabitliyin qorunması baxımından daha təhlükəsiz model hesab olunur. Gələcəkdə qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və maliyyə bazarlarının dərinləşməsi fonunda üzən məzənnəyə mərhələli keçid daha real ola bilər. Hazırda isə əsas məqsəd manatın sabitliyini qorumaq, inflyasiyanı nəzarətdə saxlamaq və iqtisadiyyatı xarici risklərdən müdafiə etməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 734   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.