Ekspert: Moskva artıq müharibəni öz ərazisində hiss edir

Ekspert: Moskva artıq müharibəni öz ərazisində hiss edir"Ukraynanın son dövrlərdə Rusiyanın dərinliklərinə, o cümlədən Moskva və digər iri şəhərlərə endirdiyi zərbələr müharibənin xarakterini əhəmiyyətli dərəcədə dəyişib. Əgər əvvəllər döyüşlər əsasən cəbhə xətti ilə məhdudlaşırdısa, indi Rusiya cəmiyyəti də müharibənin artıq təhlükəsiz hesab olunan ərazilərə daşındığını hiss edir. Bu isə həm psixoloji, həm də siyasi baxımdan Kreml üçün ciddi çağırışdır".

Bu fikirləri "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Ekspert bildirib ki, Forbes və digər Qərb nəşrlərinin Vladimir Putinin hakimiyyətinin zəiflədiyi barədə irəli sürdükləri qənaətlər bir sıra amillərə əsaslanır. Onun sözlərinə görə, bu amillər sırasında müharibənin uzanması, iqtisadi yükün ağırlaşması, beynəlxalq təcridin dərinləşməsi, Ukraynanın uzaqmənzilli zərbələrinin artması və Rusiya elitası daxilində narazılıq ehtimalı yer alır. Lakin bunlar analitik qiymətləndirmələrdir və Putinin hakimiyyətinin yaxın zamanda mütləq sona çatacağını təsdiqləyən faktlar hesab oluna bilməz.

"Hesab edirəm ki, Rusiyanı yaxın dövrdə mürəkkəb seçimlər gözləyir. Kreml ya müharibəni davam etdirmək üçün daha çox resurs səfərbər etməli, ya da danışıqlar istiqamətində daha praqmatik addımlar atmalı olacaq. Hər iki halda ölkənin iqtisadi və siyasi yükü artmaqda davam edəcək.

Mən düşünürəm ki, Rusiyada hakimiyyət dəyişikliyi baş versə belə, bu, təkcə Ukraynanın hərbi zərbələrinin nəticəsi olmayacaq. Belə proseslər adətən hərbi uğursuzluqlar, iqtisadi çətinliklər, hakim elita daxilində parçalanma və ictimai narazılığın eyni vaxtda güclənməsi fonunda baş verir. Hazırkı mərhələdə belə risklərdən danışmaq mümkündür, lakin Putinin hakimiyyətinin yaxın zamanda mütləq sona çatacağını söyləmək üçün kifayət qədər əsas yoxdur.

Əsas məqam ondan ibarətdir ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələr Kremlin toxunulmazlıq görüntüsünü ciddi şəkildə sarsıdır. Bu isə həm Rusiyanın daxili siyasi mühitinə, həm də gələcək sülh danışıqlarının şərtlərinə təsir göstərə biləcək mühüm amillərdən biridir", - deyə B.Quliyev əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 773   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Pirquluda qış mənzərəsi... - Fotolar

Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək

11:56 212
.

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr

13.11.2026 434
.

Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi

Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə

13.11.2026 306
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 193
.

Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?

Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib

13.11.2026 359
.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 124
.