Sənədsiz torpaq sahəsi olanlar diqqət! Bu qaydaları bilməlisiniz

Sənədsiz torpaq sahəsi olanlar diqqət! Bu qaydaları bilməlisiniz"Sənədsiz torpaq dedikdə, faktiki istifadə olunan və ya istifadəyə yararlı, lakin mülkiyyət hüququnu təsdiq edən çıxarışı (kupçası) olmayan torpaq sahələri nəzərdə tutulur. Bu torpaqlara sovet dövründə ayrılmış sahələr, bələdiyyə tərəfindən verilmiş, lakin rəsmiləşdirilməmiş torpaqlar, icra hakimiyyətlərinin sərəncamı əsasında istifadə olunan ərazilər, bağ massivlərində istifadə edilən torpaq sahələri, özbaşına zəbt edilmiş torpaqlar, eləcə də vərəsəlik yolu ilə keçmiş, lakin hüquqi cəhətdən rəsmiləşdirilməmiş sahələr daxildir. Hər bir torpaq növünün sənədləşdirilməsi mexanizmi fərqlidir".

Bunu BiG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, sənədləşmə prosesinə başlamazdan əvvəl hüquqi araşdırma aparılmalıdır. Bu mərhələdə torpağın hansı kateqoriyaya aid olduğu, dövlət və ya bələdiyyə mülkiyyətində olub-olmaması, baş plana əsasən yaşayış təyinatlı sayılıb-sayılmaması, mühafizə zonasında yerləşib-yerləşməməsi, həmin torpaq üzrə başqa şəxsə hüquq verilib-verilməməsi və kadastr məlumatlarının mövcudluğu müəyyənləşdirilir:

"Torpağın statusundan asılı olaraq şəxsiyyət vəsiqəsi, etibarnamə, icra hakimiyyətinin sərəncamı, bələdiyyə qərarı, torpaq ayrılması haqqında arayış, köhnə texniki pasportlar, bağ kitabçası, üzvlük vəsiqələri, kommunal və vergi ödəniş sənədləri, qonşuların təsdiqləri və notarial qaydada təsdiqlənmiş müqavilələr tələb oluna bilər.

Daha sonra torpaq sahəsində geodeziya və ölçmə işləri aparılır. Bu mərhələdə torpağın sərhədləri müəyyən edilir, koordinatlar götürülür, plan-sxem hazırlanır və elektron kadastr məlumatları formalaşdırılır. Bütün bu işlər xüsusi ölçmə avadanlıqları vasitəsilə həyata keçirilir.

İşin xüsusiyyətindən asılı olaraq Azərbaycan Respublikasının aidiyyəti əmlak qurumlarına, bələdiyyələrə, yerli icra hakimiyyətlərinə və ya məhkəməyə müraciət edilə bilər.

İnzibati qaydada sənədləşmə mümkün olmadıqda isə məsələ məhkəmə qaydasında həll edilir. Bu zaman uzunmüddətli istifadə faktı, şahid ifadələri, ödəniş sənədləri, tikiliyə dair sübutlar, xəritə və arxiv materialları, foto və video qeydlər sübut kimi təqdim oluna bilər. Məhkəmənin qərarı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 03 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

11:31 198
.

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab - Video

Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir. İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər. Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki

21:00 120
.

ABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib

ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey

17:10 140
.

İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib

İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə

13:40 168
.

Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir

Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı

19:10 143
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

14:10 160
.

Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir

Üç il bundan əvvəl sentyabrın 20-i saat 13:00-da Azərbaycan ordusunun ölkənin suverenliyinin bərpası üçün başladığı lokal antiterror əməliyyatı Qarabağda erməni separatçılarının qalıqlarının ağ bayraq qaldırması və Azərbaycan hakimiyyətinin şərtlərini tam olaraq qəbul etməsi ilə bitib. "Report"

10:39 158
.

Cənubi Koreya Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verməyə hazırdır

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyon ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə Seulun Hörmüz boğazında gəmiçiliyin bərpasına əhəmiyyətli töhfə verməyə hazır olduğunu bildirib. Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb. "Ço Rubioy

16:10 137
.

KXDR öz istehsalı olan kamikadze dronları təqdim edib

Şimali Koreya lideri Kim Çen In ölkədəki bir neçə müdafiə müəssisəsinin istehsal sahəsinə baş çəkib. "Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. İstehsal sahələrindən birində dövlət başçısına kamikadze dronların yığılması xətti nümayiş etdirilib

16:00 155
.