Qırmızı dənizdə gərginlik artır: Ər-Riyad hərbi əməliyyata hazırlaşır
"Guardian" nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşır. Bildirilir ki, əməliyyat təkcə hava və dəniz zərbələrini deyil, həm də Yəmənin mərkəzi hissəsində quru hücumunu əhatə edə bilər.
Məlumata əsasən, Ər-Riyad bu addımı Qırmızı dənizin cənub hissəsindən keçən neft tədarüklərinə yönəlmiş təhdidləri aradan qaldırmaq məqsədilə nəzərdən keçirir. İranın Hörmüz boğazını bağlamaq cəhdləri fonunda husilərin iyulun 20-də Səudiyyə Ərəbistanına məxsus gəmilərə blokada elan etməsi də gərginliyi daha da artırıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Husilərin uzun illər ərzində güclənməsi və beynəlxalq ticarət marşrutlarını təhdid etməsi onlara qarşı əməliyyat ehtimalını artırır. Eyni zamanda, İrana qarşı davam edən əməliyyatlar Tehranın husilərə dəstəyini zəiflədib ki, bu da Ər-Riyad üçün əlverişli şərait yaradır:
"Yəmən mənbələrinin məlumatına görə, Səudiyyə Ərəbistanı husilərə qarşı mümkün əməliyyat üçün beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətinin nəzarətində olan ərazilərdə hərbi qüvvələrin yerini dəyişir. Son günlər hökumətyönlü qüvvələr də husilərin Səədə və Marib əyalətlərindəki mövqelərinə hava zərbələri endirib.
Əsas məsələ isə əməliyyata beynəlxalq dəstəyin olub-olmayacağıdır. Səudiyyə Ərəbistanı Türkiyə, Pakistan, Misir, Sudan və Cibuti də daxil olmaqla 14 ölkənin çoxmillətli dəniz müdafiə koalisiyasını dəstəklədiyini açıqlayıb, həmçinin ABŞ və bir sıra Avropa ölkələrini təşəbbüsə qoşulmağa çağırıb.
Husilərin Qırmızı dənizdə yaratdığı təhlükə nəzərə alınarsa, belə bir koalisiyanın formalaşması istisna deyil. Ekspertlər hesab edirlər ki, husilərə qarşı mümkün əməliyyat təkcə Yəməndəki vəziyyətə deyil, həm də gələcəkdə regionda formalaşdırıla biləcək beynəlxalq hərbi koalisiyalar üçün mühüm sınaq rolunu oynaya bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 722 Tarix: 03 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Pirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
11:56 212 Azərbaycanlı reper qıza 5 il həbs istənildi
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub. Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları "Kahpe" adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələr
13.11.2026 434 Zirzəmidə iki il saxlanılan pendir dünyanın ən yaxşısı seçildi
Fransanın şərqindəki Yura dağlarında yerləşən zirzəmidə düz iki il saxlanılan "Komte" pendiri İspaniyanın Kordova şəhərində keçirilən "World Cheese Awards" müsabiqəsində dünyanın ən yaxşı pendiri adına layiq görülüb. "Qafqazinfo" xəbər verir ki, nüfuzlu müsabiqənin münsiflə
13.11.2026 306 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 310 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 193 Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 359 Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 124