"AzerGold" QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirilib - FOTO
2 Avqust - Azərbaycan Kinosu Günü münasibətilə "AzerGold" QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub.
BiG.AZ xəbər verir ki, tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Neft" tammetrajlı bədii filmi nümayiş etdirilib. Kino həvəskarlarının böyük marağına səbəb olan nümayiş iştirakçılara Azərbaycan kinosunun ən müasir və uğurlu nümunələrindən birini izləmək imkanı yaradıb.
Tarixi bioqrafik dram janrında çəkilmiş "Tağıyev: Neft" filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri böyük xeyriyyəçi və görkəmli sahibkar Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu və milli inkişaf naminə gördüyü işlər bədii şəkildə təqdim olunur.
Qeyd edək ki, "Tağıyev: Neft" tammetrajlı bədii filmi Azərbaycanın 98-ci "Oskar" mükafatları üçün "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyası üzrə rəsmi namizədi kimi irəli sürülüb.
Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzinin ərazisində xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Milli kino irsinin təbliği, Azərbaycan kinosunun uğurlarının regionlarda daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyan bu cür təşəbbüslər "AzerGold" QSC-nin fəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvi dəyərlərin və kino sənətinin təbliğinə mühüm töhfə verir. Eyni zamanda, belə layihələr ölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə yaxından tanış olmasına, mədəni tədbirlərdə fəal iştirakına və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.









BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 154 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyan istefa verdi
Ermənistanın baş naziri Nikol Paşinyan istefa verib. Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib. "Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir", - deyə o qey
11:33 270 Oğul anasını qorumaq istəyərkən öldü - Ailə faciəsinin dəhşətli TƏFƏRRÜATI - YENİLƏNİB+FOTO
Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin Aslanov valideynləri arasında baş verən mübahisə zamanı həyatını itirib. İlkin ehtimala görə, ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı 5
16:53 403 Rektor: Qarabağ Universiteti layiqli vətəndaş yetişdirmək missiyasını daşıyır
Qarabağ Universiteti yalnız müasir və peşəkar mütəxəssislər hazırlamır, eyni zamanda layiqli vətəndaş yetişdirmək missiyasını da daşıyır. "Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimind
20:15 0 Sançes Aİ ölkələrinin təcili videokonfransını çağırmağı təklif edib
İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koştaya məktub göndərərək İspaniyanın Seuta şəhərindəki miqrasiya böhranı ilə əlaqədar Aİ ölkələrinin daxili işlər nazirlərinin iştirakı ilə təcili videokonfransı
14:00 149 ABŞ Dövlət Departamenti İspaniyanı insan hüquqlarını pozmaqda ittiham etdi
ABŞ Dövlət Departamenti İspaniyanın muxtar Seuta şəhərində baş verən kütləvi miqrant axınını "suverenliyin və insan hüquqlarının pozulması" adlandırıb. xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib. "Bu qəbuledilməz insident İspaniya hökumətini
19:50 0 "Tasnim": İran ABŞ-nin mümkün hücumlarına qarşı plan hazırlayıb
İran öz infrastrukturuna potensial ABŞ-İsrail hücumlarına qarşı hərtərəfli cavab planı hazırlayıb. "Report" xəbər verir ki, bunu "Tasnim" agentliyiniə yüksəkvəzifəli İran nümayəndəsi bildirib. O, ABŞ mediasının mümkün zərbələr barədə xəbərlərini "dəlilik" adlandırıb və xəbərdarlı
18:10 115 Azərbaycanda pensiya yaşı 70 olur?
Azərbaycanda pensiya yaşının yenidən artırılacağı ilə bağlı iddialar yayılıb. Müzakirələr zamanı parlamentə yeni layihə daxil olması, qadınların pensiya yaşının 68, kişilərin isə 70 olacağı barədə fikirlər var. Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə -a açıqlamasında məsələy
00:30 422 İkram Kərimov vəfat etdi
Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib. xəbər verir ki, bu barədə E-hüquq.az məlumat yayıb. O, 84 yaşında dünyasını dəyişib
11:36 185 Azərbaycanda 36 yaşlı məşqçi VƏFAT ETDİ - FOTO
Azərbaycan Atletika Federasiyasının (AAF) atmalar üzrə məşqçisi və təlimçisi Tofiq Məmmədov vəfat edib. -ın məlumatına görə, mərhum 36 yaşında dünyasını dəyişib. Bildirilib ki, Tofiq Məmmədov uzun sürən xəstəlikdən sonra həyatını itirib
14:00 241