Maaş və pensiyalarla bağlı MÜJDƏ - Çoxdan gözlənilirdi, TARİX BİLİNDİ

Maaş və pensiyalarla bağlı MÜJDƏ - Çoxdan gözlənilirdi, TARİX BİLİNDİAzərbaycan Mərkəzi Bankı (AMB) maaş və pensiya kartları bazarında rəqabətin artırılması istiqamətində yeni mexanizmlər hazırlayır. Bunu AMB-nin sədri Taleh Kazımov Azərbaycan Dövlət Televiziyasına və APA İnformasiya Agentliyinə müsahibəsində deyib. Onun sözlərinə görə, sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək.

Bunlar nədən ibarət olacaq? Banklar maaş və pensiyalardan komissiya tutacaqmı? Yeni mexanizm vətəndaşa necə təsir edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, AMB-nin əsas məqsədi maaş və pensiya kartları bazarında rəqabəti artırmaq, eyni zamanda vətəndaşlara bank seçimi hüququ verməkdir:

"Hazırda Azərbaycanda bir çox dövlət qurumu və özəl şirkət əməkhaqqını yalnız müqavilə bağladıqları bank vasitəsilə ödəyir. Yeni yanaşmaya əsasən vətəndaşlar maaşını və ya pensiyasını istədiyi bank hesabına köçürə biləcək. Sonrakı mərhələdə bu mexanizmin pensiya ödənişlərinə də tam şəkildə şamil edilməsi nəzərdə tutulur. Əslində sədrin dedikləri yeni ideya deyil. AMB bu istiqamətdə hazırlıqların aparıldığını bir müddət əvvəl ekspertlərlə keçirilən görüşdə də bildirib. Həmin müzakirələrdə maaş və pensiya layihələri bazarında rəqabətin gücləndirilməsi, vətəndaşların bank seçimi imkanlarının genişləndirilməsi, bank xidmətlərinin keyfiyyətinin artırılması əsas prioritetlərdən biri kimi təqdim olunub. T.Kazımovun son açıqlaması isə artıq bu təşəbbüsün praktik icra mərhələsinə keçdiyini göstərir".

İqtisadçı bildirib ki, T.Kazımovun sədr vəzifəsinə təyinatından sonra maliyyə sektorunda mühüm institusional islahatlar həyata keçirilir:

"Maaş və pensiya kartları bazarında planlaşdırılan yeni mexanizm də məhz bu islahatların davamıdır. Planlaşdırılan modelin əsas mahiyyəti vətəndaşın bank seçmək hüququnun təmin edilməsidir. Yeni sistemdə işəgötürən yaxud dövlət qurumu əməkhaqqını və ya pensiyanı artıq özünün müqavilə bağladığı banka deyil, vətəndaşın seçdiyi bank hesabına köçürəcək. Eyni zamanda, bankın dəyişdirilməsi prosedurları sadələşdiriləcək, elektron inteqrasiya hesabına əlavə bürokratik maneələr aradan qaldırılacaq. Bu isə bankları maaş və pensiya müştərilərini cəlb etmək üçün daha sərfəli kredit məhsulları, daha yüksək xidmət keyfiyyəti, rəqəmsal həllər, əlavə üstünlüklər təqdim etməyə sövq edəcək. Bu açıqlamalardan maaş və ya pensiyalardan yeni komissiyaların tutulacağı barədə nəticə çıxarmaq doğru olmaz. Əksinə, belə bir addım islahatın əsas məqsədi olan rəqabətin gücləndirilməsi ilə ziddiyyət təşkil edərdi. Dünya təcrübəsində maaş və pensiya müştəriləri banklar üçün ən sabit, dəyərli müştəri seqmentlərindən hesab olunur. Buna görə banklar bu kateqoriyaya aid müştərilər üçün kart xidmətlərini əksər hallarda ödənişsiz təqdim edir, bankdaxili köçürmələrə komissiya tətbiq etmir, güzəştli istehlak və ipoteka kreditləri təklif edir, müxtəlif keşbek, loyallıq proqramları həyata keçirirlər".

Ekspert qeyd edib ki, yeni sistem vətəndaşlar üçün bir sıra üstünlüklər yaradacaq:

"İlk növbədə insanlar istədikləri bankı seçə biləcəklər. Daha rahat mobil tətbiq, daha aşağı kredit faizləri, daha yüksək depozit gəlirləri və ya daha keyfiyyətli xidmət təqdim edən banklara keçmək mümkün olacaq. Dünya praktikası göstərir ki, son 15-20 ildə bir çox ölkə əməkhaqqı və pensiya ödənişlərində bankların inhisarını aradan qaldırmağa çalışıb. Avropa İttifaqında (Aİ) işçi əməkhaqqını hansı bankda alacağına özü qərar verir və işəgötürən yalnız işçinin təqdim etdiyi IBAN hesabına vəsaiti köçürür. Böyük Britaniyada fəaliyyət göstərən "Current Account Switch Service" (CASS) sistemi sayəsində bank dəyişdirilməsi cəmi bir neçə iş günü ərzində həyata keçirilir. ABŞ-da əməkhaqqı "Direct Deposit" sistemi ilə işçinin seçdiyi hesaba köçürülür. Kanada və Avstraliyada da analoji model tətbiq olunur. Almaniya və Fransada pensiyaçılar istədikləri bankı seçə bilirlər. Türkiyədə isə banklar pensiya müştərilərini cəlb etmək üçün birdəfəlik promosyon ödənişləri, güzəştli kreditlər və digər üstünlüklər təqdim edərək ciddi rəqabət aparırlar".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 02 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 493
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 127
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 377
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 334
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 497
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 315
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.