Kredit borcunu qaytara bilməyənlərə ŞAD XƏBƏR
"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul hazırlanır. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq".
"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov açıqlayıb. Onun sözlərinə görə, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir:
"Hazırlanan yeni qaydalar birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur.Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq". pizza sifarişi
Deputat bildirib ki, burada əsas məqamlardan biri bu sığorta növünün tətbiq ediləcəyi halda kredit götürən şəxsin xərci ilə bağlıdır:
"Belə ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər. Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc stukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır. Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər".
V.Bayramov qeyd edib ki, bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür:
"Bütün hallarda, kredit risklərinin sığortalanması ilə bağlı yeni qaydaların daha qısa zamanda təsdiqi məqsədəuyğun olardı və bu bank sektorunda mütərəqqi dəyişiklik olmaqla yanaşı, bankların da risklərini azalda bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 897 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"
Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula
13.11.2026 493 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 310 Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı
Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar
13.11.2026 127 Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 377 Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU
Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi
13.11.2026 334 Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA
Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir
13.11.2026 497 "Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək
Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad
13.11.2026 315 Arvadına xəyanət etməyən yeganə milyarder...
Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa
13.11.2026 425