Gedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİ

Gedişhaqqı artırılır? - Yeni vacib QƏRAR QƏBUL EDİLDİNazirlər Kabineti ictimai nəqliyyatda məsafə əsaslı sərnişindaşıma xidmətinə görə daşıyıcılara subsidiyanın hesablanması və ödənilməsi qaydasını təsdiqləyib. Yeni mexanizm xidmətin dəyəri ilə gedişhaqqından toplanan vəsait arasındakı fərqin dövlət tərəfindən qarşılanmasını nəzərdə tutur.

Bəs bu qərar gələcəkdə ictimai nəqliyyatda gedişhaqqının artırılmasına səbəb ola bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, əslində bu qaydalar hələ ötən il təsdiqlənmişdi:

"Sadəcə, bəzi məsələlərin dəqiqləşdirilməsinə ehtiyac yarandığı üçün Nazirlər Kabinetinin müvafiq qərarı gözlənilirdi. Artıq baş nazir həmin qərarı imzalayıb və bu, məsafəyə əsaslanan maliyyələşdirmə mexanizminin tətbiqinə başlanılması deməkdir. Burada vacib məqam ondan ibarətdir ki, hələlik məsafəyə görə gedişhaqqını vətəndaş ödəməyəcək. Məsafəyə görə ödəniş sərnişinlərdən deyil, dövlət tərəfindən daşıyıcı şirkətlərə ediləcək. Yəni daşıyıcılar daşıdıqları sərnişinlərin sayı və qət etdikləri məsafəyə uyğun olaraq dövlətdən maliyyə dəstəyi alacaqlar. Dövlət bununla faktiki olaraq daşıyıcılara dəstək mexanizmi yaradır və deyir ki, vətəndaş yolda qalmasın. Sən nə qədər çox və keyfiyyətli xidmət göstərsən, nə qədər çox hərəkət edib marşrutu yerinə yetirsən, buna uyğun da ödəniş alacaqsan".

Ekspertin sözlərinə görə, bütün hesablamalar elektron sistem üzərindən aparılacaq və təsdiqdən sonra vəsait daşıyıcı şirkətlərin hesabına köçürüləcək:

"Bu mexanizm iki mühüm problemi həll etməyə imkan verə bilər. Birinci problem şəffaflıqla bağlıdır. İndiyə qədər bəzi daşıyıcı şirkətlər qeyri-rəsmi fəaliyyət göstərir, vergidən yayınır və kölgə iqtisadiyyatında işləyirdilər. Lakin dövlət dəstəyindən yararlanmaq istəyən hər bir daşıyıcı artıq tam şəffaf fəaliyyət göstərməyə məcbur olacaq. Çünki dövlət heç kimə sənədsiz və əsassız ödəniş etməyəcək. Daşıyıcı istifadə etdiyi nəqliyyat vasitəsinin gün ərzində neçə kilometr hərəkət etdiyini, marşrut üzrə fəaliyyəti və digər göstəriciləri elektron sistem vasitəsilə təsdiqləməlidir. Yalnız bundan sonra ödəniş həyata keçiriləcək. Yəni kimsə sadəcə "bu gün yüz kilometr hərəkət etmişəm" deməklə vəsait ala bilməyəcək".

E.Muradlı bildirib ki, dövlət bütün məlumatları nəzarət sistemi vasitəsilə yoxlayacaq və yalnız təsdiqlənmiş göstəricilər əsasında ödəniş edəcək:

"Digər mühüm məsələ isə xidmətin davamlılığıdır. Uzun illərdir müşahidə olunur ki, bəzi daşıyıcı şirkətlər axşam saatlarında sərnişin az olduğu üçün avtobusların sayını azaldır, bəzən isə marşrutun fəaliyyətini vaxtından əvvəl dayandırırlar. İndi isə dövlət bildirir ki, buna yol verilməyəcək. Daşıyıcı müəyyən edilmiş qrafik üzrə fasiləsiz fəaliyyət göstərməlidir. Əgər marşrutun son iş saatı 23:00-dırsa, o zaman avtobus həmin vaxta qədər işləməlidir. İstər avtobusda bir sərnişin olsun, istər beş nəfər, hətta müəyyən reysdə sərnişin olmasa belə, marşrut yerinə yetirilməlidir. Çünki dövlət həmin xidmətin maliyyə təminatını öz üzərinə götürür. Bununla yanaşı, daşıyıcı şirkətlərin də haqlı narahatlıqları var. Əsas məsələ odur ki, dövlət tərəfindən hər kilometr üzrə müəyyən ediləcək tarif obyektiv hesablanmalıdır. Burada yanacaq xərcləri, sürücülərin əməkhaqqı, texniki xidmət və təmir xərcləri, ehtiyat hissələrinin alınması, kredit öhdəlikləri və digər bütün istehsal xərcləri nəzərə alınmalıdır. Əgər daşıyıcı hesablayırsa ki, bir kilometrin maya dəyəri, məsələn, 10 manatdır, dövlət isə buna görə 8 manat ödəyəcəksə, bu, avtomatik olaraq şirkəti zərərə salacaq. Nəticədə nəqliyyat parkının yenilənməsi, xidmət keyfiyyətinin artırılması və ümumi inkişaf mümkün olmayacaq. Bu, həm dövlət müəssisələrinə, həm də özəl daşıyıcılara aiddir. Məhz buna görə də qərarlar kabinet şəraitində birtərəfli qaydada deyil, daşıyıcı şirkətlərin iştirakı ilə müzakirə olunmalıdır".

Elməddin Muradlı deyib ki, təkliflər dinlənməli, iqtisadi hesablamalar nəzərə alınmalı və bütün tərəfləri qane edən obyektiv mexanizm hazırlanmalıdır:

"Belə olan halda nə daşıyıcılar narazı qalacaq, nə dövlət əlavə maliyyə yükü ilə üzləşəcək, nə də vətəndaş xidmət keyfiyyətindən məhrum olacaq. Təbii ki, bu sistemdə ciddi nəzarət mexanizmi də vacibdir. İstənilən sui-istifadə hallarının, saxta məlumatların və digər neqativ halların qarşısı qəti şəkildə alınmalıdır. Ümumilikdə isə hesab edirəm ki, bu model düzgün tətbiq olunarsa, həm dövlətin maraqlarına xidmət edəcək, çünki ictimai nəqliyyatın inkişafını sürətləndirəcək, həm daşıyıcı şirkətlərin fəaliyyətini daha dayanıqlı edəcək, həm də vətəndaşların daha keyfiyyətli və fasiləsiz nəqliyyat xidmətindən istifadə etməsinə imkan yaradacaq. Bu isə ictimai nəqliyyat sahəsində aparılan islahatların ən vacib mərhələlərindən biri ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 958   Tarix: 02 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 493
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 127
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 377
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 334
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 497
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 315
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.