Bu tarixdən havalar sərinləşir - AÇIQLAMA
Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb.
Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqlim baxımından normal hal hesab edilə bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Sfera.az-a açıqlama verib. O, müşahidə olunan güclü küləyin və tozlu hava şəraitinin səbəblərini izah edib:
"Bu günlərdə ölkəmizdə havalar bir qədər istiləşdi və atmosferdə müəyyən boşluqlar yarandı. İsti hava axınları təzyiqin aşağı düşməsinə səbəb oldu. Nəticədə şimaldan gələn hava axınları, səhər saatlarında güclü küləklə müşayiət olunaraq ölkəmizə daxil oldu. Bu hava axınları əsasən şimal-qərb istiqamətindən gəlir. Bakı şəhərində isə hazırda müşahidə olunan tozlu hava kənardan gələn toz deyil. Adətən tozlu hava cənub-şərqdən və şərqdən gələn hava axınları ilə daşınır. Lakin bu dəfə belə deyil".
Mütəxəssisin sözlərinə əsasən, qeydə alınan tozlu hava məhz tikintilərdən yaranan tozlardır:
"Bu toz, əsasən, Bakı şəhərinin özündə yaranan, Xəzər sahilindən, eləcə də tikinti sahələrindən havaya qalxan tozlardır. Həmin tozlar müəyyən qədər havanın çirklənməsinə səbəb olub. Narahat olmağa ehtiyac yoxdur. Çünki külək uzun müddət davam edə bilməz. Bir neçə gündən sonra hava stabilləşəcək. Tozlu hava şəhər şəraitində normal haldır. Müxtəlif mənbələrdən havaya qalxan toz hissəcikləri olur. Ən vacib məqam ondan ibarətdir ki, şimaldan gələn hava axınları nəticəsində hava sərinləşəcək, gündüz və gecə temperaturu müəyyən qədər aşağı düşəcək. Ən əsası isə cənubdan gələn isti hava axınlarının qarşısının alınması bizdə müəyyən qədər sabit hava şəraiti yaradacaq. 10 gün sonra havanın sərinləşməsi başlayacaq və avqust ayında daha əlverişli hava şəraiti müşahidə olunacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1014 Tarix: 02 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20.09.2026 0 Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
20.09.2026 174 İranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20.09.2026 160 Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. BİG.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsind
20.09.2026 163 Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20.09.2026 0 HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20.09.2026 215 Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20.09.2026 131 Azərbaycan beton istehsalını avqustda 30 % artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 3 milyon 123 min ton beton istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. Təkcə avqustda isə ölkədə 489 min ton beton istehsal edilib. Bu, 1 il əvvələ nisbətə
20.09.2026 153 Hamamda BƏDBƏXT HADİSƏ: 64 yaşlı qadın öldü
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BİG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorlu
20.09.2026 192