Xəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDI

Xəzərin dibində nələr var? - Gələn məlumatlar NARAHATLIQ YARATDIDünya okeanlarının dibində, əsasən Birinci və İkinci Dünya müharibələri zamanı batmış 8500-dən çox gəmi ekoloji təhlükə mənbəyinə çevrilib. Alimlərin fikrincə, güclü fırtınalar, zəlzələlər və ya metal konstruksiyaların tam sıradan çıxması nəticəsində suyun altındakı bir neçə gəmidən neft sızması baş verə bilər. Bu isə dəniz ekosistemlərinə uzunmüddətli və ağır zərbə vurmaq riski daşıyır.

Xəzərlə bağlı bənzər risklər varmı? Ümumiyyətlə, Xəzərin dibini öyrənə bilmişik? Dənizin dibində sursat və təhlükəyə çevrilə biləcək nələr var?

Globalinfo.az-a danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, okeanlar Yer səthinin 70 faizdən çoxunu əhatə edir:

"Maraqlıdır ki, planetimizin ayrılmaz hissəsi olan okeanları və dənizləri hələ də tam şəkildə öyrənə bilməmişik. İnsan fəaliyyəti nəticəsində okean və dənizlərdə çoxsaylı texnoloji proseslər həyata keçirilir. Bunlara neft və qaz hasilatı, logistika, gəmiçilik, balıqçılıq, müxtəlif sənaye fəaliyyətləri, hətta hərbi təyinatlı layihələr daxildir. Bütün bunlar dəniz ekosistemlərinə ciddi təsir göstərən amillərdir. Bəzən ekoloji risklərə kifayət qədər diqqət ayrılmır. Halbuki ekologiya məsələləri hər zaman prioritet olmalıdır. Bununla belə, etiraf etmək lazımdır ki, hazırda dünya miqyasında dənizlərdə həyata keçirilən bəzi texnoloji proseslər daha böyük ekoloji risklər yaradır. Gəmilərlə bağlı baş verən qəzalar da təhlükəlidir, lakin bunlar dənizdə neft hasilatı və digər iri sənaye fəaliyyətləri nəticəsində yarana biləcək ekoloji fəsadlarla müqayisədə daha kiçik miqyaslı ola bilər. Bunun ən bariz nümunələrindən biri Meksika körfəzində bp şirkətinə məxsus neft platformasında baş vermiş böyük qəza idi. Oxşar hadisələr müxtəlif dövrlərdə Şimal dənizində və Fars körfəzində də qeydə alınıb. Son illərdə Türkiyə boğazlarında da neft dağılması halları müşahidə olunub".

Ekspert bildirib ki, Xəzər dənizində də son illərdə oxşar hallarla rastlaşırıq:

"Belə risklərin gələcəkdə də davam etməsi ehtimalı var. Bununla bağlı həm mütəxəssislər, həm də ekoloji problemlərə həssas yanaşan vətəndaşlar dəfələrlə narahatlıqlarını ifadə ediblər. Xəzərdə neft hasilatı ilə bağlı istifadə olunan bir sıra mühəndis qurğuları artıq köhnəlib və uzunmüddətli istismar nəticəsində aşınmaya məruz qalıb. Digər tərəfdən, neft hasilatının azalması fonunda bu obyektlərin yenilənməsi və ya modernləşdirilməsi iqtisadi baxımdan hər zaman səmərəli hesab edilmir. Nəticədə müəyyən texnoloji risklər artır və zaman-zaman neft dağılması halları baş verir. Bu cür hadisələrə yaxın keçmişdə Dübəndi ərazisində də rast gəlinib. Təəssüf ki, son illərdə dənizdə neft dağılmalarının monitorinqi əvvəlki səviyyədə aparılmır. Eyni zamanda, Xəzərin su bioresurslarının monitorinqi də arzuolunan vəziyyətdə deyil. Bütün bunlar dənizin canlı aləminə birbaşa mənfi təsir göstərir. Ekosistemlər zəifləyir, bioloji müxtəliflik risk altına düşür və dəniz canlıları ciddi stress yaşayır. Neft suda həll olunmayan maddədir. Ona görə də hasilat və daşınma proseslərində texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ətraf mühit üçün çox ciddi nəticələr doğura bilər".

A.Mustafayev qeyd edib ki, Xəzər dənizi həssas ekosistem hesab olunur:

"Burada hətta lokal miqyaslı neft dağılması belə uzunmüddətli və ciddi ekoloji nəticələrə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, Xəzər təxminən 800 kilometrlik Azərbaycan sahil zolağının 150 kilometrdən çox hissəsi xüsusi mühafizə olunan təbiət əraziləridir. Bu ərazilər yüksək bioloji müxtəlifliyə malik həssas ekosistemlərdir və burada baş verən hər hansı çirklənmə geri dönməsi çətin olan ekoloji proseslərə səbəb ola bilər. Bu baxımdan ilk növbədə neft hasilatı ilə məşğul olan şirkətlər, eləcə də bu sahəyə nəzarət edən dövlət qurumları ekoloji təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmalıdırlar.

Xəzərdə iri neft tankerinin batması ilə bağlı geniş təsdiqlənmiş məlumat yoxdur. Lakin istənilən halda həm Azərbaycan, həm Qazaxıstan, həm də Türkmənistan sektorlarında həyata keçirilən neft hasilatı və daşınması müəyyən ekoloji risklər yaradır. Məhz buna görə də Xəzərin dəniz mühitinin mühafizəsinə dair beş sahilyanı dövlətin qoşulduğu Çərçivə Konvensiyası mühüm əhəmiyyət daşıyır. Bu beynəlxalq əməkdaşlıq mexanizmi Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunmasına, çirklənmənin qarşısının alınmasına və mümkün risklərin birgə idarə edilməsinə xidmət edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 910   Tarix: 02 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ölkədə iynə vurmağa oyuncaq kimi yanaşırlar"

Evdə özbaşına iynə vurulması və sistem qoşulması Azərbaycanda hələ də geniş yayılmış təhlükəli vərdişlərdəndir. Bir çox insan bunu adi tibbi prosedur hesab etsə də, inyeksiya zamanı yaranan allergik və anafilaktik reaksiyalar ağır nəticələrə, hətta ölümə səbəb ola bilər. Bu günlərdə Lənkəranda evdə vurula

13.11.2026 493
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Prezidentlə xanımının İrlandiya səfəri başa çatdı

Azərbaycan Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

13.11.2026 127
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13.11.2026 377
.

Xanım sərnişinin çantasını zibilliyə atan taksi sürücüsü HƏBS OLUNDU

Bakıda qadın sərnişinin çantasını qaytarmayan sürücü məsuliyyətə cəlb olunub. xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Məlumata görə, taksi sürücüsü işləyən 38 yaşlı Nizami Orucov (şərti adla) "Su səsi" restoranının qarşısında iki xanımı götürüb və Yasamal rayonu, Əbdürrəhi

13.11.2026 334
.

Azərbaycanda 13-cü maaş verilə bilər? - AÇIQLAMA

Bəzi ölkələrdə işçilərə ilin sonunda əlavə olaraq 13-cü maaşın verilməsi qanunla məcburi hesab olunur. Braziliya, Filippin, Yunanıstan, İspaniya və Portuqaliya kimi ölkələrdə 13-cü maaş qanunvericiliklə təmin edilir. 14-cü maaşın da ödənildiyi ölkələr də var. Azərbaycanda 13-cü maaşın verilməsi müzakir

13.11.2026 497
.

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib. xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-ad

13.11.2026 315
.

Arvadına xəyanət etməyən yeganə milyarder...

Hazırda dünyada ən çox müzakirə olunan mövzulardan biri ABŞ-nin texnologiya nəhəngi "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın günlərdir danışılan xəyanət qalmaqalı fonunda istefa verməsi olub. Belə ki, noyabrın əvvəlində Huanqın çinli sahibkar Elis Huanqla, daha sonradan şirkətdə çalışa

13.11.2026 425
.