Vəsiyyətnamə yoxdursa, miras necə bölünür? - VƏKİLDƏN AÇIQLAMA

Vəsiyyətnamə yoxdursa, miras necə bölünür? - VƏKİLDƏN AÇIQLAMAVərəsəlik məsələləri ailələr arasında ən çox mübahisə yaradan hüquqi mövzulardan biridir. Xüsusilə də vəfat edən şəxs sağlığında vəsiyyətnamə tərtib etməyibsə, mirasın kimlər arasında və hansı qaydada bölünəcəyi ilə bağlı suallar yaranır.

Bir neçə övladı olan şəxsin əmlakı bu halda necə bölüşdürülür? Qanun bütün övladlara eyni hüquq tanıyırmı, yoxsa istisna hallar mövcuddur?
Vəsiyyətnamə yoxdursa, miras necə bölünür? - VƏKİLDƏN AÇIQLAMAMövzu ilə bağlı vəkil Fuad Məmmədov BiG.AZ-a açıqlamasında bildirdi ki, konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Onun sözlərinə görə, konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir: "Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir. Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi).

Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə 5 (beş) növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz.

Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mülki Məcəllənin 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
Məsələn atanın 3 (üç) övladı var. Atanın əmlakı isə 100.000 (yüz min) Azərbaycan manatı həcmindədir və bu əmlak birgə nikah dövründə əldə edilib. Yəni bu əmlakın yarısı avtomatik olaraq ananın (arvadın) payıdır. Yerdə qalan 50.000 (əlli min) Azərbaycan manatı isə 4 mirasçı arasında (arvad və 3 (üç) uşaq) bərabər şəkildə bölünəcəkdir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 911   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 124
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 334
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 154
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 0
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 92
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 314
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 156
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.