Xurma alarkən bunlara diqqət edin - Kimyəvi maddə iddiaları nə dərəcədə doğrudur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Xurma alarkən bunlara diqqət edin - Kimyəvi maddə iddiaları nə dərəcədə doğrudur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illər Azərbaycanda müxtəlif ölkələrdən idxal olunan xurmalar market və bazarlarda geniş satışa çıxarılır. İran, Səudiyyə Ərəbistanı, Tunis, İsrail və digər ölkələrdən gətirilən bu məhsullar həm dadına, həm də qida dəyərinə görə alıcıların marağına səbəb olur.

Bununla yanaşı, istehlakçılar arasında xurmaların uzun müddət xarab olmaması üçün onlara xüsusi kimyəvi maddələrin vurulduğu ilə bağlı iddialar da zaman-zaman gündəmə gəlir. Bəs bu fikirlər nə dərəcədə doğrudur? Xurma alarkən məhsulun keyfiyyətini müəyyən etmək üçün hansı əlamətlərə diqqət yetirilməlidir?
Xurma alarkən bunlara diqqət edin - Kimyəvi maddə iddiaları nə dərəcədə doğrudur? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, xurma həm qidalı, həm də uzun müddət saxlanıla bilən meyvələrdən hesab olunur. Lakin alıcılar xurma seçərkən bəzi məqamlara diqqət etməlidirlər. Onun sözlərinə görə, ilk növbədə məhsulun görünüşü təbii olmalı, üzərində kif, xoşagəlməz qoxu, həddindən artıq yapışqanlıq və ya fermentasiya əlamətləri olmamalıdır: "Xurmanın rəngi növünə görə dəyişə bilər, lakin səthində qeyri-adi ləkələr və ya xarab olma əlamətləri olmamalıdır. Çəki ilə satılan məhsulların tozdan, həşəratlardan və birbaşa günəş şüalarından qorunaraq saxlanılması da vacibdir.

Xurmaların xarab olmaması üçün onlara xüsusi kimyəvi maddələrin vurulması ilə bağlı iddialara gəldikdə isə, bu fikri bütün məhsullara şamil etmək düzgün deyil. Qida sənayesində bəzi quru meyvələrin saxlanma müddətini artırmaq və görünüşünü qorumaq məqsədilə qida təhlükəsizliyi normalarına uyğun konservantlardan və ya qoruyucu texnologiyalardan istifadə oluna bilər. Lakin bu maddələr qanunvericiliyin icazə verdiyi həddə və etiketdə göstərilməklə tətbiq edilməlidir. Çəki ilə satılan məhsullarda isə istehlakçı istifadə olunan maddələr barədə məlumat əldə etməkdə çətinlik çəkə bilər.

Bu səbəbdən mümkün olduqda mənşəyi məlum olan, qablaşdırılmış, etiket məlumatları tam göstərilən və etibarlı satış nöqtələrindən alınan xurmalara üstünlük vermək tövsiyə olunur. İstehlakdan əvvəl xurmanın yuyulması da gigiyenik baxımdan vacibdir.

Sağlam qidalanaraq sağlam yaşayın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 851   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 124
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 334
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 154
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 0
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 92
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 314
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 156
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.