1995-ci ildən qüvvədədir: İstehlakçı hüquqlarını qoruyan qanuna yenidən baxılmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

1995-ci ildən qüvvədədir: İstehlakçı hüquqlarını qoruyan qanuna yenidən baxılmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMAİstehlakçı hüquqlarının qorunması müasir bazar iqtisadiyyatının əsas prinsiplərindən biri hesab olunur. Dünyanın bir çox ölkəsində bu sahədə qanunvericilik mütəmadi olaraq yenilənir, yeni ticarət formaları və rəqəmsal xidmətlər nəzərə alınaraq istehlakçıların hüquqlarının müdafiəsi daha da gücləndirilir.

Azərbaycanda isə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Bəs ötən illər ərzində bazarda baş verən dəyişikliklər fonunda bu qanunun yenilənməsinə ehtiyac varmı?
1995-ci ildən qüvvədədir: İstehlakçı hüquqlarını qoruyan qanuna yenidən baxılmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, 1995-ci ildə qəbul edilmiş "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun uzun illər bu sahədə hüquqi bazanın formalaşmasında mühüm rol oynayıb. Lakin son 30 ildə iqtisadiyyat, ticarət və texnologiyalar ciddi şəkildə dəyişib. Onun sözlərinə görə, elektron ticarətin genişlənməsi, onlayn xidmətlərin artması, rəqəmsal ödəniş sistemlərinin inkişafı və yeni satış modellərinin yaranması mövcud qanunun bir sıra müddəalarının müasir tələblərə tam cavab vermədiyini göstərir: "Bu baxımdan qanunun yenilənməsinə ehtiyac var. Xüsusilə onlayn alış-veriş zamanı istehlakçı hüquqlarının qorunması, məhsulun geri qaytarılması, şəxsi məlumatların mühafizəsi, saxta endirimlərə və aldadıcı reklamlara qarşı daha effektiv mexanizmlərin yaradılması, eləcə də istehlakçı şikayətlərinin operativ həlli ilə bağlı normalar gücləndirilməlidir.

Beynəlxalq təcrübə göstərir ki, istehlakçı hüquqlarının effektiv müdafiəsi təkcə qanunun mövcudluğu ilə deyil, onun icra mexanizmlərinin işlək olması ilə təmin edilir. Bir çox ölkələrdə qanun pozuntularına görə yüksək maliyyə sanksiyaları tətbiq edilir, nəzarət orqanlarının səlahiyyətləri daha geniş olur və istehlakçılar hüquqlarını daha asan şəkildə müdafiə edə bilirlər.

Azərbaycanda da qanunvericiliyin müasir iqtisadi reallıqlara uyğunlaşdırılması, beynəlxalq standartlara yaxınlaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi həm istehlakçıların hüquqlarının daha etibarlı qorunmasına, həm də bazarda sağlam rəqabətin formalaşmasına müsbət təsir göstərə bilər. Bu, eyni zamanda, sahibkarların məsuliyyətini artıracaq və istehlakçı etimadının güclənməsinə xidmət edəcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi

Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə

15:00 124
.

Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind

10:35 194
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 334
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 154
.

Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil

Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını

17:50 0
.

Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində

15:30 92
.

Küləklə bağlı - Xəbərdarlıq

Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul

13.11.2026 314
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 156
.

Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı

Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın

14:46 146
.