Xiaomi 18 Pro necə olacaq? - Yeni flaqmanın əsas xüsusiyyətləri məlum olub
Hələ rəsmi təqdim olunmayan Xiaomi 18 Pro modeli ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Tanınmış insayder Digital Chat Station cihazın əsas texniki xüsusiyyətlərini açıqlayıb.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, Xiaomi 18 Pro 6,4 düymlük ekran və bütün tərəflərdə ultra nazik çərçivələrlə təchiz olunacaq. Beləliklə, smartfon kompakt ölçüsünü qoruyaraq flaqman səviyyəli imkanlar təqdim edəcək.
200 meqapiksellik iki kamera
Ən böyük yenilik kamera sistemində olacaq. Bildirilir ki, cihaz LOFIC texnologiyasını dəstəkləyən SmartSens əsas sensoru və uzaq məsafədən çəkiliş üçün 200 meqapiksellik periskop teleobyektiv əldə edəcək. Bu kameraları 50 meqapiksellik ultra genişbucaqlı obyektiv tamamlayacaq. İnsayderin sözlərinə görə, sensorlardan biri xüsusilə böyük ölçüyə malik olacaq.
Snapdragon 8 Elite Gen 6 prosessoru
Smartfonun əsasını Qualcomm-un sentyabr ayında təqdim etməsi gözlənilən 2 nanometrlik Snapdragon 8 Elite Gen 6 prosessoru təşkil edəcək. Yeni model həmçinin 7000 mAs tutumlu silisium-karbon batareya ilə təchiz ediləcək. Batareya 100 vatt gücündə simli və simsiz sürətli enerji doldurmanı dəstəkləyəcək.
Süni intellekt üçün ayrıca düymə
Xiaomi 18 Pro əvvəlki modeldə olduğu kimi arxa tərəfdə yerləşən ikinci ekranı qoruyub saxlayacaq. Bundan başqa, cihazın yan hissəsində süni intellekt funksiyalarını idarə etmək üçün ayrıca düymənin yerləşdiriləcəyi bildirilir.
Nə vaxt təqdim olunacaq?
Məlumata əsasən, Xiaomi 18 Pro və Xiaomi 18 Pro Max modellərinin 2026-cı ilin sentyabrında təqdim ediləcəyi gözlənilir. Şayiələrə görə, əsas Xiaomi 18 modelinin təqdimatı isə 2027-ci ilə təxirə salına bilər. Qeyd edək ki, Xiaomi bu həftə 2026-cı ilin ən sərfəli smartfonlarından biri hesab edilən Redmi 17C modelini də təqdim edib. Smartfon 120 Hz yenilənmə tezliyinə malik ekran, 5160 mAs batareya və 3,5 mm qulaqlıq girişi ilə təchiz olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 850 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 124 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 334 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 154 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 0 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 92 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 314 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 156 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146