"Vital Hospital"dakı hadisədən sonra bu məsələ gündəmə gəldi - Rəsmi Cavab
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən *"Vital Hospital"*da həyatını itirən körpənin meyitinin xəstəxananın zirzəmisinə atıldığına dair iddialar yayılıb.
Səhiyyə Nazirliyindən bildirilib ki, sosial mediada yayılan məlumat Analitik Ekspertiza Mərkəzinin diqqətindədir. Qeyd olunub ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.
"Vital Hospital" ətrafında yayılan bu iddialar tibbi tullantıların idarə olunması məsələsini yenidən gündəmə gətirib.
Bəs Azərbaycanda tibbi tullantıların idarə olunması necə həyata keçirilir?
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirib ki, nazirliyin tabeliyində olan tibb müəssisələrində yaranan tibbi tullantıların idarə olunması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir.
Qurumun məlumatına görə, səhiyyə müəssisələrində əmələ gələn tibbi tullantıların toplanması, müvəqqəti saxlanması, daşınması, zərərsizləşdirilməsi və utilizasiyası aşağıdakı normativ-hüquqi aktlarla tənzimlənir:
* "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanunu;
* Nazirlər Kabinetinin 28 dekabr 2007-ci il tarixli, 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər";
* Nazirlər Kabinetinin 14 iyun 2016-cı il tarixli, 228 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhlükəli tullantıların saxlanılması Qaydası".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi vurğulayıb ki, tibbi tullantıların idarə olunmasına nəzarət qanunvericiliyə uyğun olaraq Səhiyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
Bildirilib ki, müalicə-profilaktika müəssisələrində (MPM) profilindən və çarpayı sayından asılı olmayaraq yaranan tibbi tullantıların sanitariya və ekoloji tələblərə uyğun şəkildə təhlükəsiz toplanması, çeşidlənməsi, saxlanması, daşınması və utilizasiyası Nazirlər Kabinetinin 213 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi tullantıların idarə olunmasına dair Tələblər" əsasında həyata keçirilir.
Qurum əlavə edib ki, bu sahədə həmçinin Azərbaycanın qoşulduğu BMT-nin Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası da əsas hüquqi sənədlərdən biri kimi tətbiq olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 741 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 124 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 334 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 154 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 0 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 92 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 314 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 156 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146