Dünyanın ən qədim çayı dinozavrlardan əvvəl yaranıb: Harada yerləşir?
Dinozavrlar Yer üzündə təxminən 233-66 milyon il əvvəl, Mezozoy erasında yaşayıblar. Alimlərin fikrincə isə dünyanın ən qədim çay sistemlərindən biri hesab edilən Avstraliyadakı Finke (yerli adı ilə Larapinta) çayının drenaj sistemi təxminən 300-400 milyon il əvvələ, yəni dinozavrlardan da əvvəlki dövrə aiddir.
Qaynarinfo xəbər verir ki, "Science Blog" nəşrinin yazdığına görə, Finkenin dünyanın ən qədim çayı adlandırılması müəyyən izah tələb edir. Mütəxəssislər bildirirlər ki, müasir çayın özünün yaşı yüz milyonlarla il deyil. Bu yaş göstəricisi çayın yerləşdiyi drenaj sisteminə və su hövzəsinin formalaşmasına aiddir.
Çayın özü deyil, drenaj sistemi qədimdir
Geoloqların sözlərinə görə, çay yataqları daşqınlar, eroziya, çöküntülərin toplanması və tektonik proseslər nəticəsində daim dəyişir. Buna görə də Finkenin yaşı dedikdə, onun indiki məcrası deyil, həmin ərazidə milyonlarla il əvvəl formalaşmış drenaj sistemi nəzərdə tutulur.
Bu nəzəriyyəni dəstəkləyən əsas faktlardan biri çayın yuxarı axınının Mərkəzi Avstraliyadakı dağ silsilələrini kəsərək keçməsidir. Alimlər hesab edirlər ki, çay yatağı həmin dağlar yaranmamışdan əvvəl formalaşıb və sonrakı milyonilliklər ərzində eroziya nəticəsində istiqamətini qoruyub saxlayıb.
Qəti sübut hələ yoxdur
2022-ci ildə aparılan tədqiqatda Finke dünyanın ən qədim drenaj sistemlərindən biri kimi təqdim olunsa da, bu yaşın hələ də elmi hipotez olduğu vurğulanıb.
Araşdırma zamanı qədim çay çöküntülərində berillium-10 və alüminium-26 izotopları öyrənilib. Nəticələr çayın son bir neçə milyon il ərzində yatağının necə dəyişdiyini müəyyən etməyə imkan versə də, onun ilk dəfə nə vaxt formalaşdığını dəqiq göstərməyib.
İlin böyük hissəsində quruyur
Hazırda Finke klassik, daim axan çaylardan xeyli fərqlənir.
O, mövsümi su axarları kateqoriyasına daxildir. İlin böyük hissəsində çayın yatağı quru qalır, su yalnız bəzi daimi və mövsümi gölməçələrdə saxlanılır.
Güclü yağışlardan sonra bu ayrı-ayrı su hövzələri birləşir və "Finke" yenidən güclü axına malik çaya çevrilir.
Mədəni əhəmiyyət daşıyır
Finke çayı geoloji əhəmiyyəti ilə yanaşı, Avstraliyanın yerli arrernte xalqı üçün də böyük mədəni dəyərə malikdir.
Finke Gorge Milli Parkının birgə idarəetmə planında çay ənənəvi Lhere Pirnte adı ilə qeyd olunur. Təxminən Lara Pinta kimi tələffüz edilən bu ad "duzlu çay" mənasını verir.
Yerli icmalar üçün bu çay sadəcə təbii obyekt deyil, onların mədəni irsinin və tarixi landşaftının ayrılmaz hissəsi hesab olunur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 894 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 124 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 334 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 154 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 0 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 92 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 314 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 156 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146