Çinin hərbi təlimləri Yaponiyanı narahat etdi - Regionda gərginlik artır - POLİTOLOQDAN AÇIQLAMA
Çinin Yaponiyanın iddia etdiyi müstəsna iqtisadi zona yaxınlığında keçirdiyi canlı atəşli hərbi təlimlər Tokyo ilə Pekin arasında növbəti diplomatik gərginliyə səbəb olub. Yaponiya hökuməti təlimlərin regional təhlükəsizliyə və gəmiçilik hərəkətinə risk yaratdığını bildirərək Çinə rəsmi etirazını çatdırıb. Pekin isə təlimlərin beynəlxalq hüquqa uyğun keçirildiyini və Yaponiyanın etirazlarını əsassız hesab etdiyini bəyan edib.
Artan hərbi fəallıq fonunda bölgədə təhlükəsizlik riskləri yenidən gündəmə gəlib. Bəs bu cür addımlar Çin-Yaponiya münasibətlərinə və Asiya-Sakit okean regionunda qüvvələr balansına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Rəsul Tağıyev BiG.AZ-a açıqlamasında bildirdi ki, Çinin Yaponiya yaxınlığında keçirdiyi hərbi təlimlər təkcə iki ölkə arasında münasibətlər kontekstində qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu, eyni zamanda Pekinin Asiya-Sakit okean regionunda hərbi və geosiyasi mövqeyini daha qabarıq şəkildə nümayiş etdirmək cəhdidir: "Son illər Çin bölgədə hərbi aktivliyini artırır və bununla həm rəqiblərinə mesaj verir, həm də öz strateji maraqlarını qorumağa çalışır. Yaponiyanın bu təlimlərə etiraz etməsi də təsadüfi deyil. Tokyo hesab edir ki, bu cür hərbi fəaliyyətlər regionda təhlükəsizlik risklərini artırır və istənilən texniki səhv və ya yanlış hesablanma gözlənilməz qarşıdurmaya səbəb ola bilər. Xüsusilə Şərqi Çin dənizi ətrafında ərazi mübahisələrinin davam etdiyi şəraitdə hərbi aktivliyin artması narahatlıq doğurur.
Bu proses ABŞ-nin bölgədəki müttəfiqləri ilə əməkdaşlığını daha da gücləndirə bilər. Yaponiya, Cənubi Koreya və digər tərəfdaş ölkələr müdafiə sahəsində koordinasiyanı artırmağa çalışacaq. Nəticədə regionda qarşılıqlı etimadın zəifləməsi və silahlanma yarışının sürətlənməsi ehtimalı yüksəlir. Hazırkı vəziyyətdə tərəflərin diplomatik kanalları açıq saxlaması böyük əhəmiyyət daşıyır. Əks halda, hərbi təlimlər və qarşılıqlı sərt bəyanatlar gələcəkdə daha ciddi regional təhlükəsizlik böhranına çevrilə bilər".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 636 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 124 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 334 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 154 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 0 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 92 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 314 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 156 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146