Azərbaycanda çevik iş vaxtı rejimi tətbiq olunacaq - İşçiləri nə gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin tətbiqi planlaşdırılır. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında da öz əksini tapıb.
Sənədə əsasən, əvvəlcə beynəlxalq təcrübə araşdırılacaq, daha sonra çevik iş rejiminin tətbiqi ilə bağlı normativ hüquqi baza hazırlanacaq və yeni model mərhələli şəkildə tətbiq ediləcək. Bəs çevik iş vaxtı rejimi nə deməkdir, bu model işçilərə və işəgötürənlərə hansı üstünlükləri və çətinlikləri vəd edir?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, çevik iş vaxtı rejiminin tətbiqi əmək bazarının müasir tələblərə uyğunlaşdırılması baxımından müsbət addım hesab oluna bilər. Onun sözlərinə görə, bu model işçiyə iş saatlarını müəyyən çərçivədə daha sərbəst planlaşdırmaq imkanı verir: "Nəticədə iş və şəxsi həyat arasında balansın qorunması asanlaşır, işçilərin stress səviyyəsi azalır, motivasiya və əmək məhsuldarlığı artır. Digər üstünlük ondan ibarətdir ki, işçilər pik saatlarda yaranan nəqliyyat sıxlığından qismən yayınaraq vaxta qənaət edə bilərlər. Bu isə həm işçinin rahatlığına, həm də işə vaxtında gəlməsinə müsbət təsir göstərir.
İşəgötürənlər üçün də çevik iş rejimi müəyyən üstünlüklər yaradır. İş prosesinin daha səmərəli təşkili, əmək məhsuldarlığının yüksəlməsi, işçi məmnunluğunun artması və kadr axınının azalması bu modelin əsas üstünlüklərindəndir.
Bununla yanaşı, çevik iş vaxtı əməkhaqqının azalması və ya artırılması anlamına gəlmir. İşçi əmək müqaviləsində nəzərdə tutulan iş vaxtını və vəzifələrini tam yerinə yetirdiyi halda, onun maaşı əvvəlki qaydada ödənilməlidir.
Lakin bu model bütün sahələr üçün eyni dərəcədə uyğun deyil. İstehsalat, səhiyyə, təhlükəsizlik, nəqliyyat və fasiləsiz xidmət göstərən müəssisələrdə işin xüsusiyyətləri nəzərə alınaraq çevik iş vaxtının tətbiqi məhdud ola bilər. Buna görə də bu sistem daha çox ofis işi və nəticəyönümlü fəaliyyət sahələrində səmərəli hesab edilir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 834 Tarix: 21 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPutin xərçənglə mübarizə aparan məşhur bloqeri əfv etdi
Rusiya Prezidenti Vladimir Putin xərçənglə mübarizə aparan və ölkə xaricinə qanunsuz çoxmilyonluq köçürmələrlə bağlı iş üzrə şərti cəzaya məhkum edilən məşhur rusiyalı bloqer Lerçekin (əsl adı Valeriya Çekalina) əfv edilməsi ilə bağlı fərman imzalayıb. -ın TASS-a istinadən xəbərinə görə, müvafiq sənə
15:00 124 Keçmiş baş nazirdən Tramp və Zelenski ilə bağlı açıqlama
Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Vladimir Zelenski ilə bağlı addımlar atmaq üçün kifayət qədər səlahiyyətə malik olduğunu bildirib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Azarov iddia edib ki, Zelenskinin yaxın ətrafı müxtəlif cinayət işlərind
10:35 194 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 334 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 154 Arvadını öldürən keçmiş hakimdən qayınatası şikayətçi deyil
Həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Rövşən oğlu Əhmədovun vaxtından əvvəl azadlığa buraxılması gündəmə gəlib. BİG.AZ -a istinadən bildirir ki, hazırda 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən sabiq hakimin cəzasını
17:50 0 Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb. Hərəkətdə olan "Changan" və "BYD" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində
15:30 92 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 314 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 156 Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasın
14:46 146