"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib

"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edibAzərbaycanın aparıcı əczaçılıq və səhiyyə məhsulları təchizatçılarından olan "Avromed Company" MMC 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib.
Jurnalistlərin peşə bayramına həsr olunan tədbir Azərbaycan Milli Təbabət Muzeyinə info-turla başlayıb. Muzey ziyarəti zamanı media nümayəndələri Azərbaycanın zəngin tibb tarixi, təbabət ənənələri və bu sahənin inkişaf mərhələlərini əks etdirən eksponatlarla tanış olublar.
Daha sonra media nümayəndələri üçün sağlamlıq və gözəllik sahəsində aktual mövzulara həsr olunan iki təqdimat keçirilib.
Tədbirin açılışında çıxış edən şirkət nümayəndələri jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edərək, cəmiyyətin səhiyyə sahəsində düzgün maarifləndirilməsində medianın rolunu yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlamlıqla bağlı dəqiq, balanslı və etibarlı informasiyanın ictimaiyyətə çatdırılması media ilə peşəkar əməkdaşlığın vacibliyini daha da artırır.
İlk təqdimatda bioloji aktiv qida məhsulları (BAQM) ilə dərman vasitələri arasındakı əsas fərqlər, bu məhsulların təyinatı, istifadəsi, qanunvericiliklə tənzimlənməsi və beynəlxalq istehsal standartları barədə məlumat verilib. Bildirilib ki, BAQM-lar orqanizmin qida rasionunu dəstəkləmək məqsədi daşıyır və dərman vasitələrini əvəz etmir. Təqdimat zamanı GMP (Good Manufacturing Practice) standartlarının məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, eləcə də istehlakçıların düzgün məlumatlandırılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Daha sonra şirkətin nümayəndəsi Səbinə Dadaşova qlobal beauty sənayesində formalaşan yeni tendensiyalar və elmi yanaşmanın əhəmiyyəti barədə təqdimatla çıxış edib. Bildirilib ki, müasir istehlakçılar artıq yalnız vizual effekt və marketinq vədlərinə deyil, klinik effektivliyi sübut olunmuş, təhlükəsiz və elmi əsaslandırılmış məhsullara üstünlük verirlər.
Təqdimat zamanı Avromedin dermatoloji və selektiv kosmetika portfeli haqqında da məlumat verilib. Qeyd olunub ki, şirkət dermatoloji məhsullar seqmentində Pharmaceris, BABÉ və Uriage, selektiv kosmetika istiqamətində isə Clinique, Darphin, Dr.Jart+, The Ordinary və Origins kimi beynəlxalq brendlərin Azərbaycandakı rəsmi təchizatçılarındandır. Həmçinin bu məhsulların istehlakçılar üçün əlçatanlığının təmin edilməsində şirkətin tərəfdaşı olan "Aloe+" apteklər şəbəkəsi ilə əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.
Təqdimatlardan sonra keçirilən sual-cavab sessiyasında jurnalistləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı qlobal sağlamlıq və beauty trendləri, məhsul portfelinin formalaşdırılması prinsipləri, beynəlxalq keyfiyyət standartları və istehlakçı maarifləndirilməsi ilə bağlı suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb. Görüş xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, 2002-ci ildən fəaliyyət göstərən "Avromed Company" MMC Azərbaycanda əczaçılıq sektorunun inkişafına töhfə verən aparıcı distribüter şirkətlərdən biridir. Şirkət dünyanın 40-dan çox ölkəsindən 200-dən artıq tədarükçü ilə əməkdaşlıq edir və ölkə üzrə aptek, klinika və xəstəxanaları fasiləsiz olaraq sağlamlıq məhsulları ilə təmin edir. Avromed müasir logistika şəbəkəsi və keyfiyyətli məhsulları ilə bazarda etibarlı lider kimi tanınır.

"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib"Avromed Company" MMC Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün xüsusi proqram təşkil edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 591   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 193
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 253
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 347
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 62
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 0
.