Dövlət özəl bağçaların ödənişinin 70%-ni qarşılayacaq: Bu, ailələrin yükünü azaldacaqmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dövlət özəl bağçaların ödənişinin 70%-ni qarşılayacaq: Bu, ailələrin yükünü azaldacaqmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib ki, yeni maliyyələşmə modelinə əsasən, müəyyən şərtlər daxilində özəl məktəbəqədər təhsil müəssisələrinin təhsil haqqının 70 faizədək hissəsi dövlət tərəfindən qarşılanacaq. Məqsəd daha çox uşağın məktəbəqədər təhsilə cəlb edilməsi, dövlət bağçalarında sıxlığın azaldılması və özəl sektorun inkişafının dəstəklənməsidir. Qaydalara əsasən, dövlət dəstəyi Bakı şəhərində 350 manata, regionlarda isə 250 manata qədər olacaq. Bu qərar ilk baxışdan minlərlə ailə üçün mühüm sosial dəstək kimi qiymətləndirilir.

Lakin sual yaranır: görəsən, dövlət dəstəyi həqiqətən də valideynlərin maliyyə yükünü azaldacaqmı? Özəl bağçaların mövcud təhsil haqları fonunda ailələrin ödəyəcəyi məbləğ nə qədər azalacaq, yeni maliyyələşmə mexanizmi daha çox ailənin övladını özəl bağçaya yerləşdirməsinə imkan yaradacaqmı?
Dövlət özəl bağçaların ödənişinin 70%-ni qarşılayacaq: Bu, ailələrin yükünü azaldacaqmı? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) sədr müavini Vəfa Yaqublunun açıqladığı bu yeni mexanizm - yəni dövlətin özəl bağçalarda xidmət haqqının 70 faizi dərəcəsində maliyyələşmə ayırması - ilk baxışdan həm ailələrin büdcəsi, həm də təhsil sektoru üçün kifayət qədər ciddi və müsbət addımdır. Onun sözlərinə görə, bu qərarın ailələrin maliyyə yükünü nə dərəcədə azaldacağını və ümumilikdə sahəyə necə təsir edəcəyini bir neçə əsas aspekt üzərindən qiymətləndirmək mümkündür: "İlk növbədə, özəl bağçaların qiymətlərinin orta hesabla 300-800 manat arasında dəyişdiyini nəzərə alsaq, dövlətin bu məbləğin 70 faizini öz üzərinə götürməsi valideynin cibində ciddi məbləğin qalması deməkdir. Məsələn, aylıq ödənişi 400 manat olan bir bağçada valideynin ödəyəcəyi pay 120 manata qədər düşə bilər ki, bu da orta statistik ailə büdcəsi üçün çox böyük güzəştdir. Paralel olaraq, dövlət bağçalarında yer çatışmazlığı və ya növbələrin uzun olması səbəbindən övladını bağçaya qoya bilməyən, eyni zamanda özəl bağçaların yüksek qiymətini ödəyə bilməyən ailələr üçün yeni və əlçatan bir alternativ yaranır.

Bundan əlavə, məktəbəqədər təhsilin əlçatan olmaması çox vaxt anaların işləməsinə mane olan əsas amillərdən biridir. Bağça xərclərinin kəskin azalması anaların əmək bazarına daha tez və rahat qayıtmasına şərait yaradacaq ki, bu da ailənin ümumi gəlirlərinin artmasına əlavə təkan verəcək.

Lakin bu qərarın kağız üzərindəki müsbət təsirinin real həyatda tam hiss olunması üçün bir neçə vacib tənzimləmə mexanizmi şərtlənir. Əgər özəl bağçalar dövlət dəstəyini görüb öz xidmət haqqını süni şəkildə qaldırsalar (məsələn, 400 manatlıq bağça qiyməti 700 manata qaldırılarsa), 70 faizlik maliyyələşməyə baxmayaraq valideynin ödəyəcəyi 30 faizlik pay yenə əvvəlki məbləğə yakınlaşacaq. Buna görə də dövlət tərəfindən müəyyən tavan qiymətlərin və ya tənzimləmə mexanizmlərinin tətbiqi vacibdir. Eyni zamanda, ayrılacaq kvotalar və bağçaların cavab verməli olduğu keyfiyyət standartları da prosesin nə dərəcədə əhatəli olacağını müəyyən edəcək.

Qeyd edim ki, bu qərar düzgün, şəffaf və nəzarət olunan mexanizmlərlə tətbiq olunarsa, ailələrin maliyyə yükünü birmənalı şəkildə və hiss olunan dərəcədə azaldacaq, dövlət bağçalarındakı sıxlığı aradan qaldıracaq və özəl sektorun inkişafına böyük töhfə verəcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 655   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 193
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 253
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 347
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 62
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 0
.