Sosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT
Sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
BiG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib.
Qeyd olunub ki, sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri üzrə kompensasiyanın ödənilməsi, bununla bağlı qeydiyyatın aparılması və müəyyən mobil nömrələrlə əlaqə saxlanılmasının zəruriliyi barədə saxta məlumatlar yayılır.
Məlumatda vurğulanıb ki, bu cür paylaşımlar həqiqəti əks etdirmir və vətəndaşlarda çaşqınlıq yaratmağa yönəlib.
DİN və MEDİA vətəndaşlara belə elanlara etibar etməməyi, naməlum telefon nömrələri ilə əlaqə saxlamamağı tövsiyə edib.
Həmçinin bildirilib ki, bank kartının rekvizitləri, şəxsiyyət vəsiqəsinin məlumatları, SMS vasitəsilə göndərilən təsdiq kodları və digər şəxsi-maliyyə məlumatları heç bir halda üçüncü şəxslərə təqdim edilməməli, eləcə də naməlum şəxslərin tələbi ilə hər hansı ödəniş həyata keçirilməməlidir.
Qeyd olunub ki, hazırda saxta məlumatların yayılması ilə bağlı araşdırma aparılır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 691 Tarix: 20 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 193 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 197 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 253 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 347 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 310 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 62 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
16:50 0