Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMA

Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? - ARAŞDIRMAXəbər verdiyimiz kimi, Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Tədbirlər Planına əsasən, ilkin nəticə olaraq, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, aralıq nəticə kimi çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, son nəticədə isə çevik iş rejimi modellərinin tətbiq edilməsi nəzərdə tutulur.

Bəs çevik iş vaxtı rejimi nədir?

Bizim.Media-nın araşdırmasına görə, çevik iş vaxtı rejimi işçilərə qanunvericiliklə müəyyən olunmuş gündəlik və ya həftəlik iş saatı normasını tamamlamaq şərtilə, işin başlama və bitmə vaxtlarını özlərinə uyğun tənzimləmək imkanı verən bir iş rejimidir.

Bu rejim, bir qayda olaraq, iş gününü iki hissəyə bölür:

1. Fiksə olunmuş (dəyişməz) vaxt: İşçinin mütləq şəkildə iş yerində (və ya onlayn işləyirsə, tapşırıq başında) olmalı olduğu zaman kəsiyidir. Məsələn: saat 11:00-dan 16:00-dək.

2. Çevik (dəyişkən) vaxt: İşçinin işə gəlmə və işdən getmə vaxtını özünün seçdiyi hissədir. Məsələn: səhər saat 08:00-dan 11:00-dək işə başlaya və axşam 16:00-dan 19:00-dək işdən çıxa bilər.

Çevik iş rejimi işçilərə qanunvericiliklə müəyyən olunmuş həftəlik (məsələn, 40 saatlıq) normanı tamamlamaq şərtilə, işin başlama və bitmə saatlarını öz şəxsi həyatlarına uyğun tənzimləmək imkanı verir.

Dünya təcrübəsi

Dünya miqyasında bir sıra ölkələr uzun müddətdir bu rejimi tətbiq edir.

Finlandiya dünyanın bu sahədə ən qabaqcıl ölkəsidir. Qüvvədə olan "İş vaxtı Aktı"na əsasən, işçilərin böyük əksəriyyətinin iş gününün başlama və bitmə saatlarını 3 saat irəli və ya geri çəkmək hüququ var.

Böyük Britaniya qanunvericiliyə görə, şirkətdə ən azı 26 həftə işləmiş hər bir işçi rəhbərlikdən rəsmi olaraq çevik iş qrafiki tələb edə bilər. İşəgötürən yalnız ciddi biznes əsasları (məsələn, müştəri xidmətinin axsaması) olduqda işçinin bu tələbindən imtina edə bilər.

Almaniyada "Gleitzeit"(sürüşkən zaman) sistemi çox geniş yayılıb. İşçilər işə başlama və bitirmə vaxtını sərbəst seçirlər. Bir çox müəssisədə artıq işlənilən saatlar "vaxt bankı"nda (time bank) toplanır və sonradan əlavə istirahət günü kimi istifadə olunur.

Çevik iş vaxtı rejimi ilə bağlı ən geniş yayılmış modellər

Dünya təcrübəsinə nəzər saldıqda çevik iş vaxtı rejimi ilə bağlı 3 əsas model diqqət çəkir.

"Core Hours" (Fiksə olunmuş saatlar modeli) modelinə əsasən, ofisdə hamının mütləq olmalı olduğu qısa zaman kəsiyi seçilir (məs. 11:00-15:00), qalan saatları işçi özü müəyyən edir. Bu modeli həftəlik 5 gün - 40 saatlıq iş rejimi ilə çalışan şəxslər üçün tətbiq etsək belə bir mənzərə yaranır: 20 saat hamının ofisində olmalı müddətə təsadüf edir, qalan 20 saatı isə işçi özü seçir.

"Compressed Hours" (Sıxılmış iş həftəsi) modelində isə işçi həftəlik 40 saatlıq normanı 5 günə yox, gündəlik saatı artırmaqla 4 günə tamamlayır və 3 gün ardıcıl istirahət edir.

"Job Sharing" (İşin bölüşdürülməsi) modelinə görə, bir tam ştatlıq vəzifəni və iş saatlarını iki yarımştatlı işçi öz aralarında bölüşdürür (biri səhər, biri günorta işləyir).


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 198
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 233
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 193
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 197
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 253
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

13.11.2026 347
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 310
.

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus

15:40 62
.

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub

16:50 0
.