"ABŞ-ın İran ərazisində genişmiqyaslı quru müharibəsinə başlaması ehtimalı yüksək deyil" - BƏHRUZ QULİYEV
"ABŞ hərbçilərinin həlak olması Vaşinqtonun hərbi-siyasi qərarlarına ciddi təsir göstərən amillərdəndir. Prezident Donald Trampın son açıqlamaları da göstərir ki, ABŞ geri çəkilmək niyyətində deyil və İranın cavab zərbələrinə daha sərt reaksiya verməyə hazırlaşır. Hazırda Qərb mediasında ABŞ-ın İrana qarşı məhdud quru əməliyyatları planlaşdırdığı barədə məlumatlar yayılır, lakin bu planların təsdiqləndiyi barədə rəsmi qərar yoxdur.
Hesab edirəm ki, ABŞ-ın İran ərazisində genişmiqyaslı quru müharibəsinə başlaması ehtimalı yüksək deyil. Çünki İranın coğrafiyası, hərbi potensialı və regiondakı təsir imkanları belə bir əməliyyatı uzunmüddətli və ağır itkilərlə müşayiət olunan müharibəyə çevirə bilər. Bununla belə, xüsusi təyinatlı qüvvələrin iştirakı ilə lokal quru əməliyyatları, strateji obyektlərin ələ keçirilməsi və ya sərhəd zonalarında məhdud hərbi əməliyyatların keçirilməsi istisna edilə bilməz." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert bildirib ki, İsrail məsələsinə gəldikdə, bu ölkə münaqişədən tam kənarda qalmayıb. Son hadisələr göstərir ki, İranın raket və pilotsuz uçuş aparatlarının yaratdığı təhlükə İsrail üçün də davam edir. Buna görə də vəziyyət daha da gərginləşərsə, İsrailin yenidən daha fəal hərbi iştirak ehtimalı artır. Bu, xüsusilə İranın İsrail ərazisini və ya onun təhlükəsizlik maraqlarını birbaşa hədəfə alacağı halda baş verə bilər.
Körfəz ölkələri isə olduqca mürəkkəb seçim qarşısındadır. Bir tərəfdən onlar ABŞ-ın strateji tərəfdaşlarıdır, digər tərəfdən isə müharibənin öz ərazilərinə keçməsini istəmirlər. Buna görə də onların əksəriyyəti birbaşa döyüşlərə qoşulmaqdan daha çox öz hava hücumundan müdafiəsini gücləndirməyə, ABŞ-a logistika və kəşfiyyat dəstəyi verməyə, eyni zamanda diplomatik kanalları açıq saxlamağa üstünlük verəcəklər. İranın Körfəz ölkələrinə yönələn hücumları isə həmin dövlətlərin təhlükəsizlik siyasətini daha da sərtləşdirə bilər.
"Düşünürəm ki, Yaxın Şərqdə vəziyyət son dərəcə təhlükəli mərhələyə daxil olub. ABŞ-ın hava zərbələri davam edə, məhdud quru əməliyyatları gündəmə gələ bilər. Lakin genişmiqyaslı quru işğalı həm hərbi, həm siyasi, həm də iqtisadi baxımdan böyük risklər daşıdığından, Vaşinqtonun bu qərarı verməsi üçün əlavə ciddi səbəblər tələb olunur. Hazırkı mərhələdə əsas təhlükə müharibənin region ölkələrini də əhatə edən genişmiqyaslı qarşıdurmaya çevrilməsi və bunun dünya enerji bazarına, beynəlxalq təhlükəsizliyə və qlobal iqtisadiyyata ağır təsirlər göstərməsidir." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 718 Tarix: 20 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 193 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 197 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 253 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 347 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 310 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 62 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
16:50 0