Keyfiyyətli makaronu necə seçməli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Makaron gündəlik qida rasionında ən çox istifadə olunan məhsullardan biridir. Mağaza rəflərində isə fərqli qiymətə, tərkibə və istehsalçıya məxsus onlarla makaron növü təqdim olunur. Bu da istehlakçılar üçün seçim etməyi çətinləşdirir. Bəs keyfiyyətli makaronu seçərkən hansı məqamlara diqqət yetirilməlidir?
Digər tərəfdən, Azərbaycanda bəzi yerli istehsalçıların məhsullarını hələ də AZE 2004 qida standartına uyğun istehsal etməsi suallar doğurur. Halbuki sonrakı illərdə bu sahədə yeni standartlar qəbul edilib. Görəsən, istehsalçıların daha müasir standartlara keçid etməməsinin səbəbi nədir?
Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, keyfiyyətli makaron seçərkən istehlakçılar ilk növbədə məhsulun etiket məlumatlarına diqqət yetirməlidirlər. Onun sözlərinə görə, tərkib hissəsində bərk buğda unu (durum buğdası) göstərilən makaronlar adətən daha keyfiyyətli hesab olunur: "Məhsulun rəngi təbii açıq-sarı olmalı, qırıq hissələrin və həddindən artıq un qırıntılarının miqdarı az olmalıdır. Həmçinin qablaşdırmanın bütöv olması, istehsal və son istifadə tarixlərinin aydın qeyd edilməsi vacibdir.
Standart məsələsinə gəldikdə isə, məhsulun AZE 2004 standartı ilə istehsal olunması onun mütləq keyfiyyətsiz olması demək deyil. Əgər həmin standart ləğv edilməyibsə və qüvvədədirsə, müəssisələr ondan istifadə edə bilərlər. Yeni standartların qəbul edilməsi isə avtomatik olaraq bütün istehsalçıların dərhal həmin standartlara keçməsi anlamına gəlmir. Bunun üçün istehsal proseslərinin yenilənməsi, laborator nəzarət sistemlərinin təkmilləşdirilməsi, yeni texniki tələblərə uyğunlaşma və əlavə maliyyə xərcləri tələb oluna bilər.
Bununla belə, beynəlxalq və daha müasir standartların tətbiqi məhsulun keyfiyyət göstəricilərinin, təhlükəsizlik tələblərinin və istehlakçı etimadının artırılmasına kömək edir. Ona görə də istehsalçıların zamanla daha yeni standartlara keçməsi həm bazarın inkişafı, həm də rəqabət qabiliyyətinin yüksəlməsi baxımından müsbət addım hesab olunur.
Sağlam qidalanaraq sağlam yaşayın!".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 632 Tarix: 20 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 198 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 233 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 193 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 197 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 253 Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib
Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib
13.11.2026 347 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 310 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 62 Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, noyabrın 13-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub
16:50 0