İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdü

İran üçün kritik zərbə: 500 min nəfərlik şəhər blokadaya düşdüABŞ ordusunun İrandakı körpülərə endirdiyi zərbələr ölkənin əsas liman şəhərlərindən biri olan Bəndər-Abbası İranın digər hissələri ilə nəqliyyat əlaqələrindən təcrid edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Bombardmanlar nəticəsində 500 min nəfər əhalisi olan və ölkənin xarici ticarətinin təxminən yarısının həyata keçirildiyi Bəndər-Abbas şəhəri faktiki olaraq xarici dünya ilə əlaqədən məhrum olub. Şəhəri ölkənin digər hissələri ilə birləşdirən körpülər və dəmir yolu xətləri dağıdılıb.

Bəndər-Abbasda həmçinin İranın əsas hərbi dəniz bazası yerləşir. Bu baza Tehranın Hörmüz boğazına nəzarət imkanlarında mühüm rol oynayır.

Pentaqonun keçmiş əməkdaşı Maykl Rubin bildirib ki, ABŞ rəhbərliyi liman şəhərinin təcrid edilməsinin Hörmüz boğazında gəmiçiliyin bərpası üçün əsas amillərdən biri olduğuna getdikcə daha çox inanır. "Pentaqonda belə bir qənaət formalaşır ki, ABŞ bu vəziyyətə son qoymaq istəyirsə, başqa seçimi yoxdur", - deyə Rubin qeyd edib.

Nəşr vurğulayır ki, son zərbələr mümkün hərbi cinayətlərlə bağlı suallar doğurur. Belə ki, 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, müharibə aparan tərəflər hərbi obyektlərlə mülki infrastrukturu fərqləndirməlidirlər. ABŞ da həmin sənədi imzalayan tərəflər sırasındadır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 565   Tarix: 19 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan CNN-i məhkəməyə verdi

Azərbaycan ABŞ-nin federal məhkəməsində CNN-ə qarşı iddia qaldırıb. "Report"a istinadən xəbər verir ki, məhkəmə iddiasına səbəb Azərbaycana qarşı əsassız və təxribat xarakterli iddiaların yer aldığı məqalənin dərc edilməsidir. 2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisini

18.08.2026 294
.

Xəzərin adını dəyişmək istəyənlərə 24 il əvvəl verilən cavab

"İranşəhri" adlandırılan fars millətçilərindən ibarət qrup Xəzər dənizinin adının dəyişdirilməsi ilə bağlı "Xəzərin tarixi adının bərpası tələbi" adlı kampaniyaya başlayıb. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu, İranda Xəzərin adının dəyişdirilməs

18.08.2026 301
.

Jurnalist avantürasına məmurları da qoşuldu - Rusiyadan növbəti təxribat

Rusiyanın media resurslarında və sosial platformalarda Azərbaycana qarşı açıq nifrət nitqinin, suverenliyə qəsd çağırışlarının və hibrid təhdidlər yenidən intensivləşib. Onsuz da bu prosesin tamamilə dayandığı vaxt olmayıb. Növbəti belə təxribat "Moskva 24" telekanalının aparıcısı İvan Knyazev

18.08.2026 209
.

Trampın reytinqi ən aşağı səviyyədədir

"Reuters/Ipsos" sorğusuna görə, Donald Trampın reytinqi prezidentliyi dövründə ən aşağı səviyyəyə düşüb. "Yeni Sabah" xəbər verir ki, amerikalıların böyük əksəriyyəti ABŞ-İran müharibəsinin uzun müddət davam edəcəyindən narahatdır. Sorğuda respondentlərin yalnız 33%-i Trampın Ağ Evdək

18.08.2026 203
.

Cənubi Koreya ABŞ-dan hərbi müstəqilliyini artırmaq istəyir

Cənubi Koreya Prezidenti Li Ce Myonq ölkəsinin hərbi komandanlıq imkanlarını Seulun nəzarətinə tam qaytarmaq istədiyini açıqlayıb. The Guardian yazır ki, bu açıqlama ABŞ Prezidenti Donald Trampın Cənubi Koreya ilə birgə hərbi təlimlərin azaldılması istiqamətində qərarından sonra səsləndirilib. Seul ABŞ-l

18.08.2026 184
.

Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Sabah Şirvan şəhərinin, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi ərazilərində təbii qazın verilişi müvəqqəti dayandırılacaq. BİG.AZ xəbər verir ki. bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və təmir-quraşdırm

18.08.2026 277
.

Rəmişin qardaşı vəfat etdi

Mərhum Xalq artisti, gitara ifaçısı Rəmişin (Rafiq Hüseynov) qardaşı Romik Hüseynov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə qazi-jurnalist Rey Kərimoğlu məlumat yayıb. O bildirib ki, Romik Hüseynov bu gün Ağdam rayonunun Qarağacı kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki

18.08.2026 300
.

Yaponiya-Rusiya arasında ərazi mübahisəsi yenidən alovlandı

Yaponiya ilə Rusiya arasında uzun illərdir davam edən Kuril adaları mübahisəsi yenidən diqqət mərkəzinə gəlib. The Guardian yazır ki, Vladimir Putinin bölgəyə səfəri 150 ilə yaxın tarixə malik ərazi mübahisəsini yenidən gündəmə gətirib. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, mübahisə əsasə

18.08.2026 224
.

Canlı yayımda gənc qızlara barda işləməyi təklif etdi - Həbs olundu

Türkiyədə canlı yayım zamanı gənc qızları barda işləməyə çağıran şəxs saxlanılıb. xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən şəxsin yayım zamanı səsləndirdiyi çağırış hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Polis əməkdaşları həmin şəxsi tutaraq bölməyə aparıblar. Onun barəsində araşdırma dava

18.08.2026 244
.