Belçika İsrailin nəzarətindəki Fələstin ərazilərindən məhsulların idxalına qadağanı təsdiqləyib
Belçika Nazirlər Şurası Fələstindəki İsrail məskənlərindən məhsulların idxalına qadağanı təsdiqləyib.
"Report"un "Euractiv"ə istinadən məlumatına görə, bunu Belçikanın xarici işlər naziri Maksim Prevo bildirib.
Qeyd olunub ki, bu tədbir ilk olaraq ötən yayın sonunda İsrailin Qəzza zolağındakı intensiv hərbi kampaniyasına cavab olaraq irəli sürülüb.
Malların və onlarla əlaqəli texnologiyaların idxalı, ixracı və tranzitini tənzimləyən müvafiq düzəlişlər 30 dekabr 1993-cü il tarixli kral fərmanına ediləcək.
Dəqiqləşdirilib ki, İsrailin işğal etdiyi Fələstin ərazilərində, yəni Şərqi Qüds daxil olmaqla, İordan çayının Qərb sahilində və Qəzza zolağında yerləşən İsrail məskənlərindən gələn mallar üçün xüsusi qaydalar tətbiq edilir.
Qəbul edilmiş tədbir mövcud ilkin icazə sistemi çərçivəsində həyata keçiriləcək və beləliklə, qüvvədə olan lisenziya, nəzarət və sanksiyalar sisteminə şamil ediləcək. Bu ilkin icazə mexanizmi "sənədlər malların işğal olunmuş Fələstin ərazisindəki İsrail məskənindən gəldiyini göstərərsə və ya belə bir əsaslı fərziyyə yaranarsa, hər hansı idxal icazəsindən müntəzəm imtina edilməsini" nəzərdə tutur.
Qanun layihəsi 120 günlük keçid dövrünü nəzərdə tutur.
Xatırladaq ki, iyulun 13-də Avropaİttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasında Aİ ölkələrinin xarici işlər nazirləri beynəlxalq hüquqa əsasən qanunsuz sayılan İordan çayının Qərb sahilindəki İsrail məskənlərinə qarşı ticarət məhdudiyyətlərinin tətbiqini səs çoxluğu ilə dəstəkləyiblər. Ən çox dəstəyi oradan malların idxalına tam qadağa qoyulması variantı alıb, lakin konsensusun olmaması səbəbindən hələlik yekun qərar qəbul edilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 553 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKülək turbinlərinin yaxınlığında yaşamaq təhlükəlidirmi? - Gözlənilməz CAVAB
Alimlər insanların təhlükəsizliyini təmin etmək üçün külək turbinləri ilə yaşayış məntəqələri arasında uyğun məsafənin saxlanmasının vacib olduğunu bildiriblər. Külək turbinləri tonlarla yanacaq yandırmadan təmiz enerji istehsal etməyə imkan verir. Buna baxmayaraq, hər kəs onların yaxınlığında yaşama
21.09.2026 210 Şimali Koreya sərhədində partlayış: yaralılar var
Cənubi və Şimali Koreyanı ayıran Demilitarizasiya Zonasında (DMZ) naməlum qurğu partlayıb. xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, partlayış səhər saatlarında DMZ-in qərb sektorunda Hərbi Demarkasiya Xəttinin cənubunda axtarış və kəşfiyyat əməliyyat
21.09.2026 219 Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan
Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix
21.09.2026 229 Çin prezidenti Si 23-25 sentyabr tarixlərində ABŞ-a səfər edəcək
Çin Xarici İşlər Nazirliyinin bazar ertəsi günü verdiyi açıqlamada Çin Prezidenti Si Cinpin Prezident Donald Trampın dəvəti ilə 23-25 sentyabr tarixlərində ABŞ-a dövlət səfəri edəcək. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü açıqlamadan qısa müddət sonra keçirilə
21.09.2026 228 "Laven Kafe" 17 yaşlı gənci hər gün 17 saat işlətdi - Əmək haqqını tələb edəndə hədə-qorxu gəldilər (VİDEO)
"Laven Kafe"də çalışan 17 yaşlı Əliyev Rinat Elvin oğlu işlədiyi müddətdə əmək haqqının tam ödənilmədiyini bildirir. "Real Azərbaycan" xəbər verir ki, Rinat Əliyev valideynlərinin icazəsi ilə, ailəsinin maddi vəziyyəti yaxşı olmadığı üçün Ağ Şəhərdə, 2-ci Yaşıl Ada, 3-cü Şərq küçəsind
21.09.2026 336 3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) 3-cü kurs tələbəsi Fidan Abbaslı vəfat edib. Axşam.az xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zamanı həyatın
10:51 114 Nəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21.09.2026 229 CNN, MS NOW və Politico Ağ Evə girişə görə Tramp administrasiyasını məhkəməyə verəcək
Prezident Donald Trampın Ağ Evə girişi qadağan etdiyi üç milli xəbər agentliyi - CNN, MS NOW və Politico - girişlərini bərpa etmək üçün Birinci Düzəliş üzrə məhkəmə iddiası qaldırıblar. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, təcili yardım tələbinin DC Rayon Məhkəməsində federal hakimin qarşısına çıxarılmas
21.09.2026 198 AZƏR ALLAHVERƏNOV: "TDT 2009-cu ildə yaradılıb və biz 2029-cu ilə qədər çox ciddi hədəflərin müəyyən olunduğunu görürük"
Türk Dövlətləri Təşkilatı son illərdə siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atır. Təşkilatın qarşıdakı dövr üçün əsas hədəfləri arasında Türk dünyası dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsi və uzunmüddətli stratej
21.09.2026 340