Serbiya ABŞ ilə enerji infrastrukturu sahəsində anlaşma memorandumu imzalayıb
Serbiya ilə ABŞ arasında enerji infrastrukturu və regional enerji təhlükəsizliyi sahəsində anlaşma memorandumu imzalanıb.
Bu barədə "Report"un Balkan bürosuna Serbiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd olunub ki, XİN rəhbəri Marko Curiç Belqradla Vaşinqton arasında ilk Strateji Dialoq çərçivəsində ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
Görüşdən əvvəl Serbiya ilə ABŞ arasında "Fulbrayt" Akademik Mübadilə Proqramı, həmçinin enerji infrastrukturu və regional enerji təhlükəsizliyi sahəsində anlaşma memorandumları imzalanıb.
M. Curiç bildirib ki, Serbiya enerji sahəsində ABŞ ilə əməkdaşlığa böyük önəm verir. O qeyd edib ki, bu mövzu Strateji Dialoqun ilk sessiyasının əsas müzakirə mövzusu olub. Nazir vurğulayıb ki, enerji sektorunda əməkdaşlığın inkişafı iki ölkə arasındakı ümumi münasibətlərin mühüm tərkib hissəsidir.
İqtisadi əməkdaşlıqdan danışan nazir diqqətə çatdırıb ki, Serbiya ABŞ investisiyalarının daha da artırılması və Amerika şirkətlərinin xüsusilə infrastruktur sahəsində fəaliyyətinin genişləndirilməsi üçün əhəmiyyətli potensial görür. O xatırladıb ki, Amerika şirkətləri artıq Serbiyada bir sıra mühüm infrastruktur layihələrinin, o cümlədən ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində ən vacib layihələrdən biri olan Morava Dəhlizi layihəsinin həyata keçirilməsində iştirak edir.
M.Curiç həmçinin ABŞ-nin Balkanlarda sabitliyin qorunmasına verdiyi dəstəyin əhəmiyyətini vurğulayıb. O, Serbiyanın bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 595 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 410 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 220 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 126 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 160 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 247 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 219 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 318 Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 392 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 147