Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
İstifadə olunmuş tibbi ləvazimatlar və hətta əməliyyat sırasında çıxarılmış orqan qalıqları... Fərqli xəstəxanaların həyətində eyni mənzərələri görmək mümkündür.
"Qafqazinfo" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin ərazisində də tibbi tullantılar yer alır. Klinikanın əməkdaşları belə tullantıları xüsusi sellofan torbalarda əraziyə gətirirlər. Çəkisi ölçüldükdən sonra isə həmin əraziyə atılır.
Nazirlər Kabinetinin qərarına əsasən, tullantılar 24 saat ərzində daşınmalıdır. Lakin sözügedən ərazidə olan 1 ton tullantı artıq 3 gündür ki, daşınmır. Bu tullantılara nəzarət edən və onları qəbul edən şəxsin sözlərinə görə, vəziyyət bir neçə gündür ki, belədir. Tullantıların ərazidən nə vaxt daşınacağı isə hələ məlum deyil.
Tullantılar açıq sahədə, birbaşa günəş şüalarının altında qaldığından ətrafa kəskin və xoşagəlməz qoxu yayılır.
Bu vəziyyət təkcə bir xəstəxana ilə məhdudlaşmır. Belə ki, Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında da oxşar mənzərə ilə qarşılaşmaq mümkündür. Burada tibbi tullantılar düz xəstəxananın giriş hissəsində yer alıb.
Paytaxtla yanaşı bölgələrdə də vəziyyət eynidir. Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tullantılar ərazidən çıxarılsa da, heç bir xüsusi daşınma qaydalarına riayət olunmayıb. Halbuki qüvvədə olan tələblərə əsasən, tibbi tullantılar yalnız üzərində müvafiq xəbərdaredici nişan və etiketlər olan, qapalı, xüsusi təyinatlı və lisenziyalı nəqliyyat vasitələri ilə daşınmalıdır. Lakin müşahidə zamanı bu tələblərə əməl edilmədiyi müəyyən olunub.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, problem qısamüddətli olub. Məsələ dərhal nəzarət götürülüb və tullantıların təmizlənməsi işi aparılır.
Tibbi tullantıların utilizasiyası ilə bağlı məsələyə gəlincə, "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, qurum bərk məişət tullantıları ilə yanaşı, təhlükəli tibbi tullantıların qəbulunu və zərərsizləşdirilməsini həyata keçirir.
Qeyd olunub ki, Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələrində yaranan bu növ tullantıların beynəlxalq standartlara uyğun şəkildə zərərsizləşdirilməsi məqsədilə ötən ilin iyun ayından Tibbi Tullantıların Sterilizasiyası Mərkəzi istifadəyə verilib. "Təmiz Şəhər" ASC-dən onu da vurğulayıblar ki, qurum tibbi tullantıların düzgün və ekoloji baxımdan təhlükəsiz şəkildə idarə olunmasının tərəfdarıdır. Bildirilib ki, tibbi tullantıların düzgün idarə edilməsi insan sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha ətraflı videomaterialda:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 735 Tarix: 18 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13.11.2026 410 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 220 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 126 Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-16-da Omanda Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək. Bu barədə "Report"a QMİ-dən məlumat verilib. Bildirilib ki, Maskat Forumu Oman Sultanlığı, BMT-nin Soyqırımının Qarşısının Alınması üzrə Xüsus
15:40 160 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 247 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 219 Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Hacıqabul
13.11.2026 318 Məşhur aktrisaya ərəb şeyxindən 2,5 milyon dollarlıq təklif?
Türkiyəli məşhur aktrisa Devrim Özkan haqqında yayılan milyonluq təklif iddiası gündəm yaradıb. Türkiyə mediasına istinadən xəbər verir ki, "Yeraltı" serialında Ceylan obrazını canlandıran aktrisanın Dubayda ərəb şeyxi ilə bir saatlıq şam yeməyi qarşılığında 2,5 milyon dollar aldığı iddia edilib
13.11.2026 392 "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 147