DÇ-2026-nın finalöncəsi "sehrli foto"
İspaniya və Argentina yığmalarının qarşılaşacağı 2026-cı il dünya çempionatının həlledici final matçı ərəfəsində Kataloniyanın "Barselona" klubunun mətbuat xidməti maraqlı bir tarixi faktı yenidən gündəmə gətirib.
BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, qurum Lionel Messinin körpə Lamin Yamalı vannada çimdirdiyi məşhur anı xatırladıb.
Kataloniyalıların mətbuat xidməti Messi və balaca Yamalın yer aldığı sözügedən şəkli paylaşıb və onu "sehrli foto" adlandırıb.



Tarixə nəzər salsaq görərik ki, 2007-ci ildə İspaniyanın "Diario Sport" nəşri "Barselona"nın ovaxtkı sponsoru UNICEF ilə birlikdə Kataloniya klubunun azarkeşləri üçün xüsusi bir uduşlu kampaniya təşkil etmişdi. Şərtlərə görə, qalib gələn ailənin övladı "Barselona" ulduzları ilə birlikdə təqvim üçün çəkilməli idi.
Həmin uduş Afrika ölkələrindən gəlmiş iki mühacirin və onların altıaylıq oğlu Lamin Yamalın yaşadığı ərazidə keçirilirdi. Tale elə gətirdi ki, qalib məhz bu ailə oldu. Nəticədə ailə "Kamp Nou" stadionuna gəlmək şansı qazandı və orada onları o zaman futbolun parlayan ulduzu olan Lionel Messi ilə unudulmaz bir fotosessiya gözləyirdi.
Təxminən iyirmi il sonra bu iki ulduz futbolçunun qarşıdurması DÇ-2026-nın final matçının əsl bəzəyinə çevriləcək. Bu həlledici görüşü təkcə dünya futbol ictimaiyyəti deyil, Yamalın özü də böyük səbirsizliklə gözləyir.
"Mən bir az böyümüşəm, Leo da, həmçinin. Ümid edirəm ki, onunla finalda qarşılaşa biləcəyəm, xüsusən də Finalissimanın (Cənubi Amerika və Avropanın ən yaxşı yığmalarının matçı) baş tutmadığını nəzərə alsaq", - deyə Yamal bildirib.
Xatırladaq ki, ispanlar DÇ-2026-nın 1/2 final mərhələsində Fransa yığması üzərində inamlı qələbə (2:0) qazanaraq finala vəsiqə əldə ediblər. Pley-off mərhələsi boyunca Luis de la Fuentenin rəhbərlik etdiyi komanda Belçika (2:1), Portuqaliya (1:0) və Avstriya (3:0) seçmələrinə də qalib gəlməyi bacarıb.
İspaniya - Argentina qarşılaşması iyulun 19-da, bazar günü "MetLayf" stadionunda baş tutacaq. Oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 881 Tarix: 17 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Formula 1" pilotu koronavirusa yoluxub
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək
05.09.2021 551 UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO
UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub
06.09.2021 593 Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO
"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib
27.08.2021 1093 Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək
İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"
05.09.2021 1542 MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı
Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı
11.09.2021 671 Azərbaycan millisinin heyətində dəyişiklik baş verib
2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto
05.09.2021 898 Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5
22.08.2021 758 Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib
Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd
28.08.2021 641 CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı
İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın
29.08.2021 669