Onları DÇ-2026-da kəşf etdik - ADLAR

Onları DÇ-2026-da kəşf etdik - ADLAR2026-cı il dünya çempionatı təkcə möhtəşəm oyunlar və rekordlarla deyil, həm də yeni futbol ulduzlarının üzə çıxması ilə yadda qaldı. Turnirdə gözlənilməz performans sərgiləyən bir sıra futbolçular həm komandalarının uğurunda əsas rol oynadı, həm də Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşdü. Bir çox futbolçunun transfer dəyərinin yay transfer pəncərəsində əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
BiG.AZ Modern.az-a istinadən ulduzu dünya çempionatında parlayan futbolçuların siyahısını təqdim edir.

Ən çox diqqət çəkən oyunçulardan biri Fildişi sahili millisinin 19 yaşlı cinah oyunçusu Yan Diomande oldu. Sürəti, driblinqləri və cəsarətli oyunu ilə seçilən gənc futbolçu turnirin ən böyük kəşflərindən biri hesab edilir və artıq Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

İsveçrə millisinin yarımmüdafiəçisi Yohan Manzambi də mundialın parlayan simalarından oldu. Kreativ oyunu, texniki bacarığı və hücumlara verdiyi töhfə sayəsində o, turnirin ən uğurlu gənc yarımmüdafiəçilərindən biri kimi qiymətləndirilir.

İspaniya millisinin müdafiəçisi Pau Kubarsi isə yaşına baxmayaraq müdafiədə nümayiş etdirdiyi inamlı oyunla böyük rəğbət qazandı. Gənc futbolçu yüksək ötürmə dəqiqliyi və soyuqqanlı çıxışı ilə turnirin ən yaxşı gənc müdafiəçilərindən biri seçildi.

Fransa millisinin cinah oyunçusu Maykl Olise məhsuldar çıxışı ilə komandasının əsas fiqurlarından birinə çevrildi. Onun sürəti, texnikası və qol ötürmələri dünya nəhənglərinin marağını daha da artırdı.

Mərakeş millisinin gənc yarımmüdafiəçisi Ayyub Buaddi, Paraqvay qapıçısı Orlando Hill, Meksika millisinin istedadlı futbolçusu Jilberto Mora, Norveçin cinah oyunçusu Antonio Nusa, 21 yaşlı Andreas Şelderup və Konqo DR millisinin yarımmüdafiəçisi Nikolas Sadiki də turnirdəki çıxışları ilə transfer bazarının diqqət mərkəzinə düşən futbolçular sırasında yer aldılar.

Bu siyahıda Misir millisinin iki futbolçusu - Emam Aşur və Hasim Hasan da xüsusi yer tutur. Aşour orta sahədə liderliyi, oyunu yönləndirməsi və topa nəzarəti ilə komandasının ən önəmli fiqurlarından biri oldu. Haissem Hassan isə sürəti, cəsarətli driblinqləri və birəbir mübarizələrdə üstünlüyü ilə xüsusilə Argentina ilə oyunda rəqib müdafiəyə ağır anlar yaşatdı. Misirin dünya çempionuna qarşı yaratdığı təhlükələrin böyük hissəsi məhz bu iki futbolçunun fəallığı sayəsində baş verdi və onların çıxışı turnirin ən yaddaqalan fərdi performanslarından biri kimi qiymətləndirildi.

Mundialın ən böyük sürprizlərindən biri isə Kabo-Verde millisinin 40 yaşlı qapıçısı Vozinya oldu. Təcrübəli qolkiper etdiyi möhtəşəm seyvlərlə komandasının uğurlu çıxışında əsas pay sahiblərindən birinə çevrildi. Mundial başlamazdan əvvəl 46 min Instagram izləyicisi ilə başlayan Kabo-Verde millisinin qapıçısı Vozinya, möhtəşəm çıxışı sayəsində qısa müddətdə 22 milyondan çox izləyiciyə çataraq turnirin ən böyük sosial media fenomeninə çevrildi. Onun İspaniya və Argentina ilə oyunlardakı performansı futbol ictimaiyyətində geniş rezonans doğurdu. Hətta onun şərəfinə yeni kəşf edilmiş dəniz ilbizinə "Aldisa vozinha" adı verildi.

Bununla yanaşı, artıq dünya futbolunun tanınmış simaları olan Lamin Yamal, Cud Bellinqem, Erlinq Haaland, Kilian Mbappe, Rodri və Harri Keyn də yüksək səviyyəli çıxışları ilə öz statuslarını bir daha təsdiqlədilər. Xüsusilə Bellinqem və Yamal turnirin ən çox müzakirə olunan futbolçuları sırasında yer aldılar.

Futbol mütəxəssislərinin fikrincə, dünya çempionatları hər zaman transfer bazarına ciddi təsir göstərib. Xames Rodriqez, Enzo Fernandez və Sofyan Amrabat kimi futbolçuların əvvəlki mundiallardan sonra etdiyi sıçrayışın bu il Yan Diomande, Johan Manzambi, Pau Kubarsi və digər gənc istedadlar üçün də təkrarlanacağı gözlənilir. DÇ-2026 bir daha sübut etdi ki, dünya çempionatı yalnız kubok uğrunda mübarizə deyil, həm də gələcəyin futbol ulduzlarının doğulduğu ən böyük səhnədir.


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 821   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Azərbaycan güləşçiləri gümüş və bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında final görüşünə çıxıb. 130 kq çəki dərəcəsində mübarizə aparan idmançı türkiyəli Muhammet Bakirlə üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə məğlub olan Məmmədov gümüş medalla kifayətlənib. 5

22.08.2021 758
.

Avstraliyalı hücumçu "Neftçi"yə keçməkdən imtina edib

Avstraliyalı futbolçu Nikita Rukavitsanın "Neftçi"yə keçidi baş tutmayıb. Bu barədə "Report"a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib. Onun sözlərinə görə, daha əvvəl razılıq əldə olunan 34 yaşlı hücumçu Bakıd

28.08.2021 641
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.