"Polşa Ukraynanın Avropa və Avroatlantik inteqrasiyasının əsas tərəfdarlarından biri olub" - BƏHRUZ QULİYEV

"Polşa Ukraynanın Avropa və Avroatlantik inteqrasiyasının əsas tərəfdarlarından biri olub" - BƏHRUZ QULİYEV"Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Ukraynaya planlaşdırılan səfəri, NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşlər, eləcə də son dövrlərdə Polşa-Ukrayna münasibətlərində müşahidə olunan normallaşma meyilləri onu göstərir ki, Qərb Ukrayna məsələsini yenidən daha koordinasiyalı şəkildə gündəmə gətirməyə çalışır.

Polşa uzun illərdir Ukraynanın Avropa və Avroatlantik inteqrasiyasının əsas tərəfdarlarından biri olub. Son aylarda iki ölkə arasında müəyyən tarixi və siyasi fikir ayrılıqları yaransa da, hazırkı geosiyasi vəziyyət Varşavanı Kiyevlə əməkdaşlığı daha da gücləndirməyə sövq edir. Bu isə Ukraynaya verilən siyasi və diplomatik dəstəyin yeni mərhələyə keçdiyini göstərir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Polşa Ukraynanın Avropa və Avroatlantik inteqrasiyasının əsas tərəfdarlarından biri olub" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, ABŞ ilə Avropa arasında Ukrayna məsələsində vahid yanaşmanın formalaşması Rusiyaya qarşı siyasi təzyiqlərin artmasına səbəb ola bilər. Eyni zamanda, bu proses Moskva ilə Qərb arasında həm rəqabət, həm də mümkün danışıqlar üçün yeni diplomatik platformaların yaranmasını istisna etmir. Yəni qarşıdakı dövrdə həm sərt mesajların, həm də siyasi dialoq cəhdlərinin paralel şahidi ola bilərik.

"Ukraynanın Avropa Birliyinə üzvlüyü məsələsinə gəldikdə isə, düşünürəm ki, hazırkı siyasi dəstək bu prosesi sürətləndirə bilər. Bununla belə, tamhüquqlu üzvlük yalnız siyasi iradədən deyil, həm də Avropa Birliyinin hüquqi, iqtisadi və institusional tələblərinin yerinə yetirilməsindən asılıdır. Müharibə şəraiti və islahatların tam başa çatmaması səbəbindən yaxın perspektivdə tam üzvlükdən daha çox inteqrasiyanın dərinləşməsi və mərhələli yaxınlaşma ssenarisi daha real görünür.

Qərbin Ukraynaya münasibətində diqqət çəkən digər məqam isə hərbi yardımla yanaşı, iqtisadi bərpa, investisiya, enerji təhlükəsizliyi və təhlükəsizlik zəmanətlərinin genişləndirilməsidir. Bu, Ukraynanın təkcə müharibədə dəstəklənməsi deyil, həm də gələcək Avropa təhlükəsizlik sisteminin mühüm elementi kimi formalaşdırılması məqsədi daşıyır.

Bütün bunlar onu deməyə əsas verir ki, Ukrayna ətrafında gedən proseslər artıq təkcə regional münaqişə çərçivəsindən çıxaraq Avropanın gələcək təhlükəsizlik arxitekturasının əsas istiqamətlərindən birinə çevrilib. Ursula fon der Lyayenin səfəri, ABŞ və Avropa liderlərinin intensiv təmasları, eləcə də Polşanın yenidən fəal dəstək nümayiş etdirməsi Ukraynanın Qərblə siyasi inteqrasiyasını gücləndirən mühüm amillər kimi qiymətləndirilə bilər.

Lakin proseslərin yekun nəticəsi yalnız Qərbin siyasi dəstəyindən deyil, həm də müharibənin gedişindən, mümkün sülh danışıqlarından və Rusiya-Qərb münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq. Məhz buna görə də qarşıdakı aylar həm Ukraynanın Avropa perspektivi, həm də Avroatlantik məkanın təhlükəsizlik balansı baxımından həlledici dövr hesab oluna bilər." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 567   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

18:30 0
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 116
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 345
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 220
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 318
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 371
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 195
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.