ABŞ-dan yeni strategiya: İsrailin İranla müharibəyə girməsi əngəllənir? - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-dan yeni strategiya: İsrailin İranla müharibəyə girməsi əngəllənir? - POLİTOLOQDAN AÇIQLAMAABŞ administrasiyası Yaxın Şərqdə gərginliyin daha da dərinləşməsinin qarşısını almaq üçün diplomatik səylərini davam etdirir. CNN-in yaydığı məlumata görə, Vaşinqton İsrailin İranla hərbi qarşıdurmaya birbaşa cəlb olunmaması üçün intensiv təmaslar aparır və münaqişənin regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışır.

Məlumata əsasən, Ağ Ev həm İsrail rəhbərliyi, həm də bölgədəki tərəfdaşları ilə koordinasiyanı gücləndirərək vəziyyətin nəzarətdən çıxmaması üçün diplomatik kanalları açıq saxlayır. Yaranmış vəziyyət fonunda əsas sual budur: ABŞ-ın bu strategiyası bölgədə yeni müharibənin qarşısını ala biləcəkmi, yoxsa Vaşinqtonun diplomatik səyləri kifayət etməyəcək?
ABŞ-dan yeni strategiya: İsrailin İranla müharibəyə girməsi əngəllənir? - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, düşünürəmki İsrailin hərbi əməliyyatlara qoşulmaması ABŞ-ın birmənalı şəkildə maraqlarına uyğun gəlir. Çünki Amerikanın strateji hədəfləri sırasında hərbi əməliyyatların genişlənməsi və İranla uzun müddətli müharibə strategiyası deyil, İrana qarşı çəkindirmə taktikasından istifadə olunması daha çox üstünlük təşkil edir. Onun sözlərinə görə, məhz bu məqamda İsrail və ABŞ-ın maraqlarının və hədəflərinin üst-üstə düşmədiyini aydın şəkildə ifadə edə bilərik: "Çünki daha öncədəndə İsrail rəsmilərinin bəyanatlarına istinad edərək bildirə bilərik ki, İsrailin əsas hədəfi məhz İranın sona qədər məğlub edilməsi və nüvə proqramının tamamilə ləğv edilməsi, rejim dəyişikliyinə nail olunması, proksi qüvvələrə verilən dəstəyin tamamilə dayandırılması istiqamətindədir. Amma müharibənin gedişatı və ümumiyyətlə danışıqlar prosesi onu deməyə əsas verir ki, İsrail-ABŞ müharibənin başlanması üçün ilkin qarşıya qoyulan hədəflərə böyük ölçüdə nail ola bilməyiblər. Təbiiki İranda qarşılıqli olaraq bu hədəflərə nail ola bilməyib. Amma hər iki tərəf özünü qalib tərəf elan edib və bu əslində ənənəvi qaydada qalib və məğlubun olduğu bir müharibədən daha çox qlobal sistemdə baş verən dəyişikliklər fonunda olan qarşıdurmanı və gərginliyin təzahürü kimi qiymətləndirilə bilər. Çünki bu nə İsrail-İran, nədə ABŞ-İran münasibətlərində yaranmış gərginliyin nəticəsi deyil.

Bu regional proseslərdə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması, yeni təsir dairələrinin formalaşdırılması istiqamətində aparılan güc mübarizəsidir və qüvvələr balansı yenidən formalaşdırılır. Ona görədə düşünürəm ki, indiki mərhələdə Amerika üçün əsas hədəf İran üzərində həm diplomatik danışıqlar prosesinin davam etdirilməsi, həmdə eyni qaydada hərbi əməliyyatlar yolu ilə müəyyən mənada İrana çəkindirmə taktikasından istifadə edilməsidir. İran yenədə çox tərəfli cavab reaksiyası verərək Körfəz ölkələrini hədəf aldı və dahada irəli gedərək birbaşa olaraq ABŞ ilə quru əməliyyatlara başlanılması, yada hər hansısa bir formada hərbi əməliyyatların genişlənməsi ümumiyyətlə heç bir tərəf üçün maraqlı deyil.

Ona görədə bundan sonrakı mərhələdə İsrailin hərbi əməliyyatlara qoşulmaması istiqamətində proseslərin davam etməsi Amerikanın düşünürəmki maraqlarına daha çox uyğun gəlir. Amma təbiiki İsrailində regional siyasətindəki kifayət qədər radikal və maksimalist yanaşmaları nəzərə alsaq, gələcək dövrlərdə qısa müddətli qarşıdurmaların olması halıda istisna edilmir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1240   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

18:30 0
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 116
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 345
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 220
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 318
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 371
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 195
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.