Batabatın üzən adası - təbiətin sakit möcüzəsi

Batabatın üzən adası - təbiətin sakit möcüzəsi"Həyatımı informasiya texnologiyalarına həsr etsəm də, tarix, coğrafiya və təbiətin yaratdığı möcüzələr məni həmişə valeh edib. Bu dəfə isə Şahbuz rayonunda yerləşən Batabat gölünə səfərimdən aldığım təəssüratları sizinlə bölüşmək istədim".

Bunu İKT üzrə mütəxəssis Bəhruz Əliyev Naxçıvanın dilbər güşəsi Batabat haqqında sosial media səhifəsində bildirib.

O, qeyd edib ki, Batabat gölünə səyahət mənə tamam başqa bir hiss yaşatdı. Özümü sanki nağıllar aləmində hiss etdim"

"Dəniz səviyyəsindən 2226 metr yüksəklikdə yerləşən Batabat gölü yayın qızmar istisinə belə təslim olmamışdı. Dağ zirvələrində hələ də qar görünürdü. Yerli sakinlər həmin yüksəkliklərdən Kəlbəcər dağlarının da göründüyünü söyləsələr də, bunu öz gözlərimlə görmək mənə qismət olmadı.

Ətraf sanki yaşıl xalça ilə örtülmüş, onun üzərinə isə rəngbərəng çiçəklərdən naxışlar vurulmuşdu. Təbiətin yaratdığı bu mənzərəni nə fotoaparatın obyektivi, nə də çəkilən şəkillər tam ifadə edə bilir. Batabatı anlamağın yeganə yolu onu öz gözlərinlə görməkdir.

Üzən ada haqqında rəvayət

Batabata gələnlərin əksəriyyəti əvvəlcə maraqlı bir rəvayət eşidir.

Deyilənə görə, bir gün bir neçə gənc gölün ortasındakı üzən adaya çıxaraq istirahət etməyə qərar verir. Söhbət uzanır, gülüş səsləri gölün üzərində əks-səda yaradır. Heç kim hiss etmir ki, külək adanı yavaş-yavaş sahildən uzaqlaşdırır. Gün batanda isə geri qayıtmağın mümkün olmadığını anlayırlar və gecəni adanın üzərində keçirməli olurlar. Səhər küləyin istiqaməti dəyişir, ada yenidən sahilə yaxınlaşır və onlar sağ-salamat geri dönürlər.

Bu hadisənin nə dərəcədə həqiqət olduğu məlum deyil. Amma Batabata gələn hər kəs bu rəvayəti eşidir və bəlkə də elə buna görə göl bir qədər də sirli görünür.

Təbiətin yaratdığı möcüzə

Əslində Batabatın ən böyük sirri rəvayətdə deyil, təbiətin özündə gizlənir.

Gölün ortasında gördüyünüz yaşıl ada adi torpaq parçası deyil. O, uzun illər ərzində torfun, müxtəlif bitkilərin və köklərin bir-birinə sıx şəkildə dolaşması nəticəsində formalaşıb.

Ən maraqlısı isə odur ki, ada gölün dibinə bərkidilməyib. Buna görə də külək əsdikcə görünməz bir əl onu yavaş-yavaş suyun üzərində hərəkət etdirir. Bu gün sahilə yaxın görünən ada bir neçə gün sonra gölün tam başqa hissəsində ola bilər. Tələsmədən, səssizcə, təbiətin öz ritmi ilə...

Batabat ərazisində iki göldə üzən ada mövcuddur. Yerli sakinlərin sözlərinə görə, onlardan biri artıq uzun müddətdir hərəkət etmir. Digəri isə küləyin istiqamətindən asılı olaraq hələ də yerini dəyişir.

Dünyada buna bənzər başqa möcüzələr də var

Batabat Azərbaycanda yeganə üzən adaya malik göl olsa da, dünyanın müxtəlif yerlərində də buna bənzər maraqlı təbiət hadisələrinə rast gəlinir.

Hindistanın Loktak gölü üzən adaları ilə dünyaca məşhurdur. Buradakı "phumdi" adlanan nəhəng təbii adaların üzərində dünyanın yeganə üzən milli parkı yerləşir və nadir canlı növləri burada qorunur.

Türkiyənin Bingöl bölgəsində yerləşən Aksakal gölü də Batabata çox bənzəyir. Burada torf və bitkilərdən yaranmış adalar küləyin təsiri ilə yerini dəyişir.

Peru və Boliviya arasındakı Titikaka gölü isə fərqli bir möcüzə ilə tanınır. Buradakı üzən adalar insanlar tərəfindən qamışlardan hazırlanıb. Uros xalqı əsrlərdir həmin adalarda yaşayır və bu ənənəni bu günə qədər yaşadır.

Myanmadakı İnle gölündə isə insanlar suyun üzərində üzən bağlar salırlar. Burada pomidor, xiyar və digər tərəvəzlər yetişdirilir. Bu mənzərə sanki suyun ortasında kiçik bir kəndi xatırladır.

Batabatın fərqi

Batabatın fərqi ondadır ki, burada gördüyünüz hər şey tamamilə təbiətin əsəridir. Burada nə insan əli var, nə də süni müdaxilə.

Bəzən külək adanı asta-asta hərəkət etdirir, bəzən isə o, sakitcə yerində qalır. Elə buna görə də Batabata gələnlər deyirlər ki, burada insan özünü sanki təbiətin danışdığı bir nağılın içində hiss edir.

Və bəlkə də Batabatın ən böyük cazibəsi məhz bundadır. Burada rəvayət də var, elm də var, insanı valeh edən sonsuz sakitlik də..."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

18:30 0
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 116
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 345
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 220
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 318
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 371
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 195
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.