Çin-Tayvan müharibəsi yalnız regionu deyil, bütün dünyanı sarsıdacaq
"Hazırda Çin və Tayvan arasında müşahidə olunan gərginliyin artması beynəlxalq təhlükəsizlik sistemi üçün yeni və son dərəcə ciddi risklər yaradır. Son illərdə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması, İsrail-İran və ABŞ-İran xəttində yaşanan böhranlar göstərdi ki, dünya artıq eyni vaxtda bir neçə münaqişə ocağını idarə etmək məcburiyyətindədir. İndi isə Asiya-Sakit okean regionunda mümkün hərbi toqquşma qlobal geosiyasi balansı daha da sarsıda bilər. Son həftələrdə Çin hərbi fəallığını və Tayvan ətrafında təzyiqini artırır, Tayvan isə təhlükəsizlik tədbirlərini gücləndirir.
Çin-Tayvan müharibəsi baş verərsə, bu, təkcə iki tərəf arasında lokal münaqişə olmayacaq. Dünyanın ən böyük iqtisadiyyatları olan Çin və ABŞ-ın maraqlarının kəsişdiyi bu bölgə qlobal rəqabətin əsas meydanına çevrilə bilər."
Bu fikirləri BiG.AZ-a Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, ABŞ-ın Tayvanın təhlükəsizliyi ilə bağlı öhdəlikləri, Yaponiya, Avstraliya və digər müttəfiqlərin mövqeyi münaqişənin daha geniş miqyas alması riskini artırır.
Belə bir ssenari ilk növbədə dünya iqtisadiyyatına ağır zərbə vuracaq. Tayvan yarımkeçirici sənayesinin aparıcı mərkəzlərindən biridir. Müharibə yüksək texnologiyalar, avtomobil sənayesi, süni intellekt, telekommunikasiya və müdafiə sənayesində ciddi istehsal və təchizat böhranı yarada bilər. Eyni zamanda beynəlxalq ticarətin mühüm hissəsinin həyata keçirildiyi Cənubi Çin dənizində və Tayvan boğazında daşımaların pozulması enerji və logistika xərclərini kəskin artıracaq.
Geosiyasi baxımdan isə dünya daha sərt bloklaşma mərhələsinə daxil ola bilər. Bir tərəfdə Çin və ona yaxın tərəfdaşlar, digər tərəfdə ABŞ və müttəfiqləri arasında qarşıdurma daha açıq xarakter ala bilər. Bu isə beynəlxalq təşkilatların fəaliyyətini çətinləşdirəcək, diplomatik dialoq imkanlarını məhdudlaşdıracaq və yeni silahlanma yarışını sürətləndirəcək.
"Düşünürəm ki, Azərbaycan üçün də belə proseslər diqqətlə izlənilməlidir. Ölkəmiz balanslaşdırılmış xarici siyasət yürüdən, nəqliyyat və enerji layihələrinin mərkəzində yerləşən dövlətdir. Qlobal bazarlarda enerji qiymətlərinin dəyişməsi, beynəlxalq yükdaşımaların marşrutlarının yenidən formalaşması və yeni geoiqtisadi reallıqlar Azərbaycanın da iqtisadi və siyasi gündəliyinə təsirsiz ötüşməyəcək.
Bu gün əsas məsələ müharibənin başlanması deyil, onun qarşısının alınmasıdır. Tarix göstərir ki, böyük dövlətlər arasında hərbi qarşıdurmanın nəticələri yalnız regionla məhdudlaşmır. Buna görə də beynəlxalq ictimaiyyətin əsas vəzifəsi diplomatik kanalları açıq saxlamaq, gərginliyin idarəolunan səviyyədə qalmasına nail olmaq və yeni qlobal müharibə riskinin qarşısını almaqdır.
Dünya artıq kifayət qədər münaqişələrin ağır nəticələrini yaşayır. Çin-Tayvan istiqamətində baş verə biləcək hər hansı genişmiqyaslı hərbi eskalasiya XXI əsrin ən ciddi geosiyasi sınaqlarından birinə çevrilə bilər. Buna görə də bu məsələ təkcə Asiyanın deyil, bütün bəşəriyyətin təhlükəsizlik gündəliyinin prioritet mövzularından biridir."- deyə, B.Quliyev əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 656 Tarix: 14 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
18:30 0 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
17:20 116 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 345 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 220 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 318 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 283 16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB
13.11.2026 371 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 195 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231