Fermerlər niyə aqrar sığortadan istifadə etmir? - İQTİSADÇIDAN AÇIQLAMA

Fermerlər niyə aqrar sığortadan istifadə etmir? - İQTİSADÇIDAN AÇIQLAMAKənd təsərrüfatı təbii fəlakətlər, iqlim dəyişiklikləri, xəstəliklər və digər gözlənilməz risklərdən ən çox təsirlənən sahələrdən biridir. Belə hallarda fermerlərin maliyyə itkilərinin azaldılması üçün aqrar sığorta mühüm alətlərdən biri hesab olunur. Buna baxmayaraq, Azərbaycanda son illərdə bu sahədə islahatlar aparılmasına və dövlət dəstəyinin göstərilməsinə baxmayaraq, bir çox fermer hələ də aqrar sığortadan yararlanmır.

Maraqlıdır, fermerlərin bu mexanizmə marağının aşağı olmasının əsas səbəbləri nədir? Məlumatlılığın zəif olması, etimad problemi, yoxsa digər amillər?
Fermerlər niyə aqrar sığortadan istifadə etmir? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanda aqrar sığortaya marağın aşağı olmasının əsas səbəblərindən biri fermerlərin bu mexanizm haqqında kifayət qədər məlumatlı olmamasıdır. Onun sözlərinə görə, bir çox təsərrüfat sahibləri aqrar sığortanın hansı riskləri əhatə etdiyini, dövlət dəstəyinin necə tətbiq olunduğunu və zərər baş verdikdə ödənişin hansı qaydada həyata keçirildiyini tam bilmirlər: "Bu da onların sığortaya etimadını azaldır. Mənim rəhmətlik etdiyim "Liberal İqtisadçılar Mərkəzi" İB hazırda "Aqrar sığorta - Güvənli gələcək" layihəsinin icra edir. Biz Beyləqan rayonunda fermerlərin məlumatsızlığının canlı şahidiyik.

Digər səbəb isə kiçik fermer təsərrüfatlarının maliyyə imkanlarının məhdud olmasıdır. Fermerlərin əksəriyyəti əkin, gübrə, toxum və digər istehsal xərclərini qarşılamağa üstünlük verdiklərindən, sığorta haqqını əlavə xərc kimi qiymətləndirirlər. Risk baş verməyəcəyi təqdirdə ödədikləri məbləğin faydasını dərhal görmədikləri üçün sığortaya maraq zəifləyir.

Bundan əlavə, bəzi fermerlərdə zərərin qiymətləndirilməsi və ödəniş prosesinin uzun çəkəcəyi ilə bağlı fikir formalaşıb. Bu cür düşüncələr də aqrar sığortadan istifadəni məhdudlaşdırır. Eyni zamanda, ölkənin bəzi bölgələrində sığorta xidmətlərinə çıxışın və maarifləndirmə tədbirlərinin yetərli səviyyədə olmaması fermerlərin bu imkanlardan yararlanmasına mane olur.

Aqrar sığortaya marağın artırılması üçün fermerlərin daha geniş məlumatlandırılması, uğurlu sığorta təcrübələrinin tanıdılması, müraciət prosedurlarının sadələşdirilməsi və xidmətlərin regionlarda daha əlçatan olması mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər fermerlərin sığortaya inamını artıraraq onlardan istifadənin genişlənməsinə töhfə verə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 637   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı

Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri

18:30 0
.

"Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı

Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların

17:20 116
.

ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib

Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl

13.11.2026 345
.

Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi

Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon

11:15 220
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

13.11.2026 318
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ

Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB

13.11.2026 371
.

Bazar günü hava belə olacaq

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər

13:57 195
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.