Arvadını naqillə boğub öldürən şəxslə bağlı YENİ QƏRAR
Bakıda həyat yoldaşını uşaqlarının gözü qarşısında boğaraq öldürən Ziyəddin Quliyevin apelyasiya şikayətinə baxılıb.
Oxu.Az-ın verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elmin Əliyevin sədrliyi ilə keçirilən prosesdə onun barəsində yekun qərar qəbul edilib.
Qərara əsasən, birinci instansiya məhkəməsinin (Bakı Ağır Cinayətlər Məhkəməsi) onun barəsində çıxardığı 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində baş verib.
Belə ki, Ziyəddin Quliyev 9 il rəsmi nikahda olduğu arvadı Aysel Qurbanovanın 9 və 5 yaşlı övladları ilə kobud rəftar etməsindən, onları dəfələrlə döyməsindən hiddətlənib. Eyni zamanda cinayət hadisəsindən təxminən bir həftə qabaq isə arvadının bıçağı qızdırıb qızının ayağına sıxaraq uşağa ikinci dərəcəli yanıq xəsarəti yetirməsindən qeyzləndiyini iddia edən Ziyəddin yatmış vəziyyətdə olduğu zaman arvadını boğaraq qəsdən öldürmək qərarına gəldiyini deyib.
Ziyəddin 20 aprel 2025-ci il tarixdə, saat 06 radələrində ailə üzvləri yatdıqları zaman yataqxananın ümumi mətbəxinə gedərək orada divardan asılmış elektrik naqilini götürüb. Daha sonra arvadı Aysel Qurbanovanın yuxuda olmasından istifadə edərək, naqili onun boğaz nahiyəsinə keçirib və onu boğmağa başlayıb.
Aysel Qurbanova yuxudan oyanaraq əlləri ilə naqili tutmaqla müqavimət göstərməyə çalışsa da, bunu bacarmayıb və hadisə yerində dünyasını dəyişib.
Ziyəddin Quliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Quliyev Baki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 877 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı
Bakının Qaradağ rayonundakı evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırmada onun rayondakı digər evlərdən elektri
18:30 0 "Böyük Ermənistan", "Miatsum" xülyaları puç oldu: Paşinyan yeni ideologiyanı açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda (IIEA) keçirilən görüş zamanı "Real Ermənistan" ideologiyasından danışıb. Bu barədə Ermənistan KİV-ə istinadən məlumat verir. Paşinyan qeyd edib ki, bu ideologiya Ermənistanın dövlət və milli maraqların
17:20 116 ADY: Bakı-Tbilisi-Bakı marşrutu ilə 96 mindən çox sərnişin səfər edib
Azərbaycan Dəmir Yolları bu ilin yanvar-oktyabr aylarında 9,8 milyondan çox sərnişin daşıyıb. "APA-Economics" ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur. Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 9,3 milyon (18% artım), rayonlararası marşrutlarl
13.11.2026 345 Ağdamın azad olunması müharibənin dönüş nöqtəsi idi
Azərbaycan ərazisinin 20 faizini 30 ilə yaxın işğal altında saxlayan Ermənistan hökuməti bu müddət ərzində xalqımıza və ölkəmizə qarşı genosid, ekosid, hərbi və digər cinayət əməllərinin törədilməsinə yol vermişdir. İşğal dövründə erməni vandallığına ən çox məruz qalan bölgələrimizdən biri də Ağdam rayon
11:15 220 Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
13.11.2026 318 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 283 16 il axtarıldı, sonda bir qadın yaxalatdı - Məşhur cinayətkarın HEKAYƏSİ
Dünyanın ən güclü xüsusi xidmət orqanlarının illərlə axtardığı, milyonlarla dollar mükafat qoyulan, dəfələrlə izini itirən cinayətkarlar var. Onların arasında amerikalı mafiya başçısı Ceyms "Uayti" Balcerin (James "Whitey" Bulger) həyatı xüsusilə diqqət çəkir. O, 16 il ərzində AB
13.11.2026 371 Bazar günü hava belə olacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
13:57 195 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231