İmtahanda telefon qalmaqalları: Gəncləri bu addıma nə vadar edir?
"İmtahan qaydalarının getdikcə sərtləşdiyi, hər bir iştirakçının ciddi nəzarətdən keçirildiyi bir dövrdə bəzi abituriyentlərin hələ də telefon və ya digər qadağan olunmuş vasitələrlə imtahana daxil olmağa cəhd etməsi ilk baxışdan anlaşılmaz görünür. Axı hər bir iştirakçı bilir ki, üzərində telefon aşkarlanacağı təqdirdə nəticəsi ləğv ediləcək və illərlə çəkdiyi zəhmət bir anda puç ola bilər".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, bəs bütün bu risklərə baxmayaraq, abituriyentlər niyə belə addım atırlar? Psixoloji və sosioloji baxımdan bunun bir neçə əsas izahı var:
"Həddindən artıq özünəinam
İnsan psixologiyasında "mənə heç nə olmaz" düşüncəsi kifayət qədər geniş yayılıb. Bəzi abituriyentlər və ya onları buna sövq edən şəxslər hesab edirlər ki, digərləri yoxlamadan keçməsə də, onlar telefonu elə gizlədə biləcəklər ki, heç kim aşkar etməyəcək. Nəzarət sisteminin imkanlarını düzgün qiymətləndirməmək isə ciddi nəticələrə səbəb olur.
Stress və panika sağlam düşüncəni zəiflədir
Qəbul imtahanları, xüsusilə yüksək rəqabətin olduğu ixtisas qruplarında, gənclər üzərində böyük psixoloji təzyiq yaradır. İmtahana az qalmış "kəsiləcəyəm", "heç nə yadımda qalmayıb" kimi düşüncələr panikanı artırır. Belə vəziyyətdə bəzi abituriyentlər telefonu özlərinə çıxış yolu kimi görür və tutulma riskini arxa plana keçirirlər.
Smartfona psixoloji bağlılıq
Müasir dövrdə smartfon bir çox gənc üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Bəzən telefonun üzərində aşkarlanması köçürmək niyyəti ilə deyil, sadəcə həyəcan və diqqətsizlik səbəbindən baş verir. Stress altında olan abituriyent telefonu cibindən çıxarmağı unuda və imtahan binasına onunla daxil ola bilər.
Fırıldaqçıların vədlərinə inanmaq
Hər imtahan mövsümündə "sualları əvvəlcədən əldə edəcəyik", "mikroqulaqlıq vasitəsilə kömək edəcəyik", "sistemdə boşluq var" kimi yalan vədlərlə abituriyentləri və valideynləri aldadan şəxslər ortaya çıxır. Çıxılmaz vəziyyətdə olduğunu düşünən bəzi gənclər bu vədlərə inanaraq böyük riskə gedirlər.
Ən narahatedici məqam isə odur ki, imtahandan kənarlaşdırılan hər bir şəxs sadəcə statistik göstərici deyil. Bu, bir gəncin təhsil planlarının pozulması, ailəsinin maddi və mənəvi sarsıntı yaşaması deməkdir. Dövlət İmtahan Mərkəzi (DİM) mütəmadi olaraq xəbərdarlıqlar etsə də, stress, həddindən artıq özünəinam və asan çıxış yolu axtarışı hər il oxşar halların təkrarlanmasına səbəb olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 637 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEtibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?
Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi
10:37 302 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 247 Qardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
10:58 283 Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı
Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd
11:30 253 Məşhur əsərdə 20 növ mikrob aşkarlandı
Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun
13.11.2026 390 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 264 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi
Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku
14:15 231 ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı
"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk
17:10 126 Ağdamda yeni və müasir şəhər salınır
Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy
11:18 223