Rəqəmsal manat Azərbaycana nə vaxt gələcək? - İQTİSADÇIDAN AÇIQLAMA

Rəqəmsal manat Azərbaycana nə vaxt gələcək? - İQTİSADÇIDAN AÇIQLAMANağdsız ödənişlərin sürətlə artdığı, maliyyə xidmətlərinin rəqəmsallaşdığı bir dövrdə dünyanın bir çox ölkəsi mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC) tətbiqi istiqamətində addımlar atır. Azərbaycan da bu prosesdən kənarda qalmır. Son illərdə rəqəmsal manat konsepsiyası üzərində araşdırmalar aparan Mərkəzi Bank ölkədə innovativ maliyyə həllərinin inkişafı üçün müxtəlif layihələr həyata keçirir.

Rəqəmsal inkişaf üzrə dövlət strategiyasında da rəqəmsal valyuta platformasının yaradılması hədəflərdən biri kimi müəyyən edilib. Bəs rəqəmsal manat Azərbaycanda nə vaxt tətbiq oluna bilər? Onun dövriyyəyə buraxılması üçün hansı mərhələlərdən keçilməsi lazımdır? Bu yenilik vətəndaşların gündəlik ödənişlərinə, bank xidmətlərinə və ümumilikdə ölkə iqtisadiyyatına hansı üstünlükləri və yenilikləri gətirə bilər?
Rəqəmsal manat Azərbaycana nə vaxt gələcək? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, hazırda Azərbaycanda rəqəmsal manatın dövriyyəyə buraxılması ilə bağlı rəsmi tətbiq tarixi açıqlanmayıb. Onun sözlərinə görə, belə bir valyutanın istifadəyə verilməsi üçün hüquqi bazanın formalaşdırılması, texnoloji infrastrukturun qurulması, kibertəhlükəsizlik məsələlərinin həlli və pilot layihələrin uğurla tamamlanması vacibdir: "Buna görə də rəqəmsal manatın tətbiq vaxtı yalnız müvafiq dövlət qurumlarının qəbul edəcəyi qərarlardan asılı olacaq. Rəqəmsal manat tətbiq olunacağı təqdirdə ödənişlərin daha sürətli və rahat həyata keçirilməsi, nağdsız hesablaşmaların genişlənməsi, əməliyyat xərclərinin azalması və maliyyə sistemində şəffaflığın artması kimi üstünlüklər təmin edə bilər.

Bundan əlavə, dövlət ödənişlərinin daha operativ həyata keçirilməsi, maliyyə xidmətlərinə çıxışın genişlənməsi və rəqəmsal iqtisadiyyatın inkişafına dəstək verməsi də mümkün faydalar sırasındadır. Bununla yanaşı, məlumatların təhlükəsizliyi, şəxsi məlumatların qorunması və sistemin dayanıqlılığı kimi məsələlər də xüsusi diqqət tələb edəcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 302
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 247
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 253
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 390
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 264
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 126
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 223
.