"İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEV

"İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEV"Son günlər İsrail kəşfiyyatının ABŞ administrasiyasını İranın Prezident Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə xəbərdar etməsi və bunun ardınca ABŞ senatoru Lindsey Qrehemin qəfil vəfat etməsi beynəlxalq siyasi dairələrdə müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Lakin geosiyasətdə təsadüflərlə faktları bir-birindən ayırmaq son dərəcə vacibdir.

Bu günə qədər ABŞ-ın heç bir rəsmi qurumu Lindsey Qrehemin ölümündə İranın və ya hər hansı xarici dövlətin iştirak etdiyini bəyan etməyib. Ona görə də bu hadisəni İranın həyata keçirdiyi sui-qəsd kimi təqdim etmək üçün hüquqi və kəşfiyyat baxımından kifayət qədər sübut mövcud deyil. Dövlətlərarası münasibətlərdə ittihamlar ehtimallara deyil, sübuta əsaslanmalıdır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEVEkspert bildirib ki, bununla yanaşı, İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır. İran rəhbərliyi ABŞ və İsrailə qarşı sərt ritorikanı davam etdirir, ABŞ isə Prezident Donald Tramp və digər yüksək vəzifəli şəxslərin təhlükəsizliyini prioritet məsələ hesab edir. Belə şəraitdə kəşfiyyat orqanlarının mümkün sui-qəsd ssenarilərini araşdırması tamamilə təbii və gözlənilən addımdır.

"Hesab edirəm ki, İranın ABŞ prezidenti və yüksək rütbəli rəsmilərinə qarşı birbaşa sui-qəsd həyata keçirməsi nəzəri baxımdan mümkün olsa da, praktik baxımdan son dərəcə yüksək risk daşıyır. Çünki belə bir addım ABŞ tərəfindən yalnız terror aktı kimi deyil, milli təhlükəsizliyə qarşı birbaşa hücum kimi qiymətləndiriləcək və bunun cavabı çox sərt ola bilər. Məhz buna görə də Tehran, əgər belə niyyətlər mövcud olsa belə, birbaşa iz buraxacaq əməliyyatlardan maksimum dərəcədə yayınmağa çalışar.

Digər tərəfdən, İran daxilində müxtəlif güc mərkəzlərinin, xüsusilə radikal qrupların mövqeyi ilə dövlətin rəsmi siyasətini də fərqləndirmək lazımdır. Bəzən sərt bəyanatlar siyasi-psixoloji təzyiq vasitəsi olur və onların hamısı əməli fəaliyyətə çevrilmir.

Hazırkı mərhələdə ən real ssenari ABŞ daxilində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, kəşfiyyat məlumatlarının intensiv mübadiləsi və İranla bağlı bütün risklərin xüsusi nəzarətdə saxlanılmasıdır. Lindsey Qrehemin ölümü ətrafında müxtəlif fərziyyələr irəli sürülsə də, rəsmi istintaqın nəticələri açıqlanmadan hər hansı dövləti ittiham etmək siyasi baxımdan da, hüquqi baxımdan da düzgün yanaşma hesab oluna bilməz.

Bugünkü geosiyasi reallıq göstərir ki, Yaxın Şərqdə qarşıdurma artıq yalnız hərbi meydanda deyil, kəşfiyyat, informasiya və psixoloji müharibə müstəvisində də davam edir. Belə şəraitdə hər bir məlumatın emosiyalarla deyil, təsdiqlənmiş faktlarla qiymətləndirilməsi beynəlxalq sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 620   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb?

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azenco" Açıq Səhmdar Cəmiyyətinin keçmiş rəhbəri Vüqar Əliyevin növbəti məhkəmə prosesi keçirilib. -a istinadən xəbər verir ki, 3 milyon 700 min manat mənimsəmədə ittiham olunan sabiq sədrin işi üzrə şahid qismində şirkətin hazırkı İdarə Heyətinin sədri Pərvi

10:37 302
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 247
.

Qardaş 13 yaşlı bacısını bıçaqladı

Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala

10:58 283
.

Nazirlik qeyri-sabit hava ilə bağlı - Müraciət yaydı

Fövqəladə Hallar Nazirliyin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət yayıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i günün ikinci yarısından başlayaraq 16-sı axşamadək respublika ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasınd

11:30 253
.

Məşhur əsərdə 20 növ mikrob aşkarlandı

Alimlər rəssam Rembrandtın "Gecə keşikçiləri" adlı şah əsərində 20 növ mikrob aşkar ediblər. Axşam.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri məlumat yayıb. Bildirilib ki, Niderlandın Haaqa şəhərindəki "Reyksmuseum" muzeyində mikrobioloqlar rəsm əsərindən təxminən 60 nümun

13.11.2026 390
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 264
.

Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi

Öz bağında qızı zorlamaqda təqsirləndirilən "Milyonçu Bəxtiyar Dali" kimi tanınan Bəxtiyar Qaraşov yenidən hakim qarşısına çıxarılıb. "Unikal"a istinadla xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində keçirilən prosesdə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb və yeku

14:15 231
.

ABŞ Kiyevə ilk dəfə NATO-ya üzvlük təklif etdi: Zelenski təklifin şərtini açıqladı

"Son danışıqlar zamanı ABŞ rəsmiləri Ukraynanın NATO üzvlüyü müqabilində qoşunlarını Donbasdan geri çəkməyə hazır olub-olmadığını soruşublar". -ın "Kiyev Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə müsahibəsində bildirib. Zelensk

17:10 126
.

Ağdamda yeni və müasir şəhər salınır

Ağdamın işğaldan azad olunmasından 6 il keçdi. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi göstərdilər. Hərbçilərimizin misilsiz şücaəti, xalq-ordu-iqtidar birliy

11:18 223
.