Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? (VİDEO)

Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? (VİDEO)Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli xanəndə, Əməkdar artist Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunub.

Verilişdə sənətkarın yaxın dostları və həmkarları onunla bağlı indiyədək geniş ictimaiyyətə məlum olmayan xatirələrini bölüşüblər. Diqqətçəkən məqamlardan biri Məhəbbət Kazımovun ifa etdiyi "Təkcə mənim olaydın" mahnısı ilə bağlı olub. Şair Zahir Abbas bildirib ki, Rusiyada konsert proqramında iştirak edən müğənni kriminal aləmlə əlaqəsi olduğu deyilən bir şəxsin görüşünə çağırılıb:

"Görüş zamanı həmin şəxs mahnının sözlərinin əsl müəllifi olduğunu iddia etdi. O bildirdi ki, sözləri sevdiyi bir qıza həsr edib, lakin həmin qızın yalanı ucbatından bir gənci öldürüb. Dedi ki, hər gün Allahdan günahlarının bağışlanmasını diləyir və həmin gəncin ruhuna rəhmət oxuyur. Məhəbbət Kazımovdan xahiş və tələb etdi ki, bu mahnını bir daha ifa etməsin. Məhəbbət Kazımov isə sözlərin müəllifinin mahnının ifasına razılıq vermədiyini nəzərə alaraq onun tələbini qəbul edib".

Şairin sözlərinə görə, sənətkar Rusiyadan qayıtdıqdan sonra "Təkcə mənim olaydın" mahnısını efirlərdə səsləndirməyib və onun təbliği ilə məşğul olmayıb. Məhəbbət Kazımov sağlığında bu hadisənin ictimailəşdirilməsini istəməyib./Qaynarinfo


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 141   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah 39 dərəcə isti olacaq

İyulun 14-də gözlənilən hava proqnozu açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündü

13:02 32
.

"Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır"

"Hazırda bağlantılarla bağlı infrastrukturun genişləndirilməsi üzərində çalışırıq. Çünki biz gözləmirdik ki, coğrafi mövqeyimizin əhəmiyyəti son dövrlərdə bu qədər əhəmiyyəti artacaq. Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır". "Qafqazinfo" xəbər veri

11:28 124
.

Kiyevdəki mənzil qalmaqalı: Ukrayna səfiri istefa verəcək

Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişinanın Kiyevdəki mənzili ilə bağlı aparılan araşdırma fonunda vəzifəsindən istefa verəcəyi bildirilir. xəbər verir ki, bu barədə "The Financial Times" qəzeti məlumat yayıb. Məlumata görə, səfirin ailəsinin Kiyevdə bazar qiymətindən xeyli aşağı dəyər

09:52 157
.

Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı

Prezident İlham Əliyevin iştirakı ilə "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılışı canlı yayımlanacaq. "Qafqazinfo" xəbər verir ki, açılışı Azərbaycan liderinin sosial media hesablarında

10:00 130
.

5 yaşlı uşaq hovuzda üzərkən öldü

İsmayıllıda bədbəxt hadisə baş verib. "Qafqazinfo"nun məlumatına görə, 5 yaşlı T.Teymurlu hovuzda üzərkən boğulub. Nəticədə o, vəfat edib. Hadisə rayonun Talıstan kəndində yerləşən evlərin birində baş verib

10:48 202
.

Transqafqaz magistralında hərəkət 12 saatlıq dayandırıldı

Rusiyanı Cənubi Osetiya ilə birləşdirən Transqafqaz magistralı əlverişsiz hava şəraiti səbəbindən təxminən 12 saat müddətinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. xəbər verir ki, bu barədə Şimali Osetiya-Alaniya Respublikası üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbua

09:43 149
.

Gürcüstanda təbii fəlakət: Telavini su basdı, körpü uçdu

Gürcüstanda yağan güclü yağışlar Telavi şəhərində genişmiqyaslı daşqına səbəb olub. Gürcüstan mətbuatına istinadən xəbər verir ki, suyun səviyyəsinin kəskin artması nəticəsində Telavisxevi çayı məcrasından çıxıb. Çay şəhərin prospekt və küçələrini qismən su altında qoyub. Yaşayış binalarının birinc

12.07.2026 241
.

"İran-ABŞ münasibətlərinin son aylarda görünməmiş dərəcədə gərginləşməsi təhlükəsizlik risklərini də artırır" - BƏHRUZ QULİYEV

"Son günlər İsrail kəşfiyyatının ABŞ administrasiyasını İranın Prezident Donald Trampa qarşı mümkün sui-qəsd planı barədə xəbərdar etməsi və bunun ardınca ABŞ senatoru Lindsey Qrehemin qəfil vəfat etməsi beynəlxalq siyasi dairələrdə müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olub. Lakin geosiyasətd

11:27 130
.

Estoniya Rusiya ilə sərhəddə hərbi şəhərcik inşa etmək niyyətindədir

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd Narvada ilk hərbi şəhərcik inşa etmək niyyətindədir və burada Müdafiə Qüvvələrinin təxminən 200 hərbi qulluqçusundan ibarət bölməsinin yerləşdirilməsi planlaşdırılır. "Report" xəbər verir ki, bu barədə ERR agentliyinə müsahibəsində Estoniya Müdafi

12.07.2026 228
.

TOP MP3