Bakı-Qazax yolunda 28 nəfərin xəsarət aldığı qəzanın SƏBƏBİ AÇIQLANDI - YENİLƏNİB+FOTOLAR - YENİLƏNİB+FOTOLAR
Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb onun qarşısına heyvanın çıxması olub.
Bu barədə Oxu.Az-a açıqlamasında avtobusun məxsus olduğu daşıyıcı şirkətin rəhbəri Pərviz Davudov məlumat verib.
O bildirib ki, avtobus reysdən öncə texniki və tibbi baxışdan keçib:
"Avtobus 2026-cı il istehsalıdır. Nəqliyyat vasitəsinin sərnişin tutumu 51 nəfərdir, qəza zamanı isə içəridə 38 sərnişin olub. Sürücü hər hansı yorğunluq vəziyyətində olmayıb".
12:08
Hacıqabul rayonunun Muğan kəndi ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) iyulun 12-də, saat 06 radələrindən başlayaraq Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
10:40
İyulun 12-də, saat 05:15-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyevin Oxu.Az-a verdiyi məlumata görə, Ramil Bilal oğlu Albışovun idarə etdiyi "Yutong" markalı, 77-JY-406 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yolun sol kənarındakı beton səddə çırpılıb. Daha sonra sürücü idarəetməni itirib və avtobus aşıb.
Hadisə nəticəsində iki nəfər - Səbinə Paşa qızı Osmanova və Ayxan Yusif oğlu Qurbanzadə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
09:12
Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanlar var.
BiG.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.



BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 863 Tarix: 12 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda ətin qiyməti 19 manat oldu
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. Qaynarinfo xəbər verir ki, hazırda ət satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kimi mövsüm dəyişikliyin
14:16 147 Sərnişinlərə bildiriş göndəriləcək - avtobuslarda yeni sistem tətbiq olunur - NƏQLİYYAT EKSPERTİNDƏN AÇIQLAMA
İctimai nəqliyyatda sərnişinlərin rahatlığının artırılması istiqamətində yeni funksiyalar tətbiq edilir. " portalında artıq seçilən reysdə boş yer olmadıqda, yer yarandığı zaman sərnişinə avtomatik bildiriş göndərilməsi mümkündür. Bu yenilik fonunda isə ictimai nəqliyyatın idarə olunması ilə bağl
12:50 244 Eyni soyadlı cütlüklər daha az boşanır
Eyni soyadı daşıyan cütlüklərin daha az boşandığı müəyyənləşib. Axşam.az xəbər verir ki, Demoqrafik və Ailə Araşdırmaları İnstitutunun araşdırmasına görə, fərqli soyadlı cütlüklər təxminən 50 faiz daha çox ayrılır. Bu tendensiya bütün yaş qruplarında müşahidə olunub. Belə nikahların orta hesabla 30 fai
10:22 165 Sabah hava necə olacaq?
Sentyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi səhər mülayi
13:10 142 "Onlara 2-3 həftə vaxt verilmişdi, santexnikanı aparmağı da yaddan çıxarmayıblar"
"Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılı
14:38 143 "Trump TV" fəaliyyətə başladı
ABŞ Prezidentinin Administrasiyası "Trump TV" adlanan xəbər kanalını işə salıb. "Qafqazinfo" "The Washington Sun" nəşrinə istinadən xəbər verir ki, platformada ilk olaraq Prezident Donald Trampın iki ay əvvəlki çıxışının videoçarxı yayımlanıb. ABŞ liderinin mətbuat katib
11:30 163 Bu ölkədə niqab qadağan edilir
İtaliyanın Baş naziri Corcia Meloni məktəblərdə niqab və hicabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayına limit qoyulmasını nəzərdə tutan qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasında müzakirəyə çıxarılacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, Meloni bun
21.09.2026 288 Suriyada güclü partlayışlar olub
Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib. Bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışla
21.09.2026 225 Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
14:44 125