Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklər

Sülh prosesinə kölgə salan qərar: Regionda yeni risklərİsrailin nüfuzlu "Ynet" nəşrində "İsrail qırmızı xətti keçdi: "Erməni soyqırımı"nı tanımasından sonra Azərbaycanla böhran daha da dərinləşdi" başlıqlı məqalənin dərc olunması regionda yeni müzakirələrə səbəb olub.

Məqalədə iki ölkə arasındakı münasibətlərdən məlumatlı olduğu bildirilən mənbələrə istinadən qeyd olunur ki, İsrail hökumətinin bu qərarı Azərbaycanla münasibətlərdə ictimaiyyətə görünəndən daha ciddi gərginlik yaradıb.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, İsrail-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycan üçün arzuolunan ssenari deyil. Təl-Əviv Bakının strateji tərəfdaşlarından biri, Ankara isə "Şuşa Bəyannaməsi" ilə rəsmən müttəfiqi hesab olunur. Azərbaycan hər iki ölkə ilə yüksək səviyyəli siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığına malikdir:

"Rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə Bakı uzun illərdir Ankara ilə Təl-Əviv arasında münasibətlərin normallaşmasına töhfə verməyə çalışır. Müxtəlif dövrlərdə müəyyən nəticələr əldə olunsa da, son illərdə tərəflər arasında yaranan siyasi fikir ayrılıqları bu cəhdlərin davamlı nəticə verməsinə imkan yaratmayıb.

İsrail hökumətinin sözügedən qərarı hər nə qədər Türkiyəyə siyasi mesaj kimi qiymətləndirilsə də, onun Azərbaycanda da narahatlıq doğuracağı gözlənilən idi. Xüsusilə Azərbaycan-Ermənistan sülh danışıqlarının aktiv mərhələdə davam etdiyi bir vaxtda bu addım regiondakı diplomatik proseslər baxımından diqqət çəkən hadisəyə çevrildi.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, İrəvan bu qərara reaksiya verməyi planlaşdırmır.

"Biz cavab verməyə ehtiyac görmürük. Hesab edirik ki, "erməni soyqırımı" məsələsindən siyasi alət kimi istifadə etməmək Ermənistan Respublikasının maraqlarına uyğundur. Yaxın gələcəkdə bu məsələ ilə bağlı heç bir reaksiya olmayacaq", - deyə Paşinyan bildirib.

"Erməni soyqırımı" məsələsi regionun ən həssas və uzun illərdir mübahisə doğuran mövzularından biridir. Türkiyə 1915-ci il hadisələrinin soyqırımı kimi qiymətləndirilməsi ilə razılaşmır, Ermənistan isə əks mövqedən çıxış edir. Azərbaycan isə məsələyə 1918-ci il mart hadisələri və Xocalıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar kontekstində yanaşır. Bu da tərəflər arasında yanaşmaların fərqli olduğunu göstərir.

İndiyədək həm Bakı, həm də Ankara hadisələrin birgə araşdırılması üçün arxiv materialları əsasında ortaq tarix komissiyasının yaradılmasını təklif etsələr də, Ermənistan bu təşəbbüsü qəbul etməyib.

Lakin mövcud geosiyasi vəziyyət əvvəlki dövrlərdən fərqlənir. Paşinyanın açıqlaması göstərir ki, Ermənistan da hazırkı sülh prosesinin pozulmasında maraqlı deyil. Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqlar davam edir, delimitasiya və demarkasiya istiqamətində iş aparılır. Bu proseslərin davamlılığı regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində də danışıqlar davam edir. Bu prosesin uğurla başa çatması Ermənistan üçün həm iqtisadi imkanların genişlənməsi, həm də regional inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan hesab edirəm ki, gələcəkdə oxşar gərginliklərin qarşısını almaq üçün Türkiyə, Ermənistan və Azərbaycanın iştirakı ilə tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması müzakirə oluna bilər. Belə bir platformada arxiv materiallarının araşdırılması, müxtəlif baxışların müqayisəli şəkildə öyrənilməsi və zərurət yaranacağı təqdirdə beynəlxalq, tərəfsiz mütəxəssislərin prosesə cəlb edilməsi tarixi mübahisələrin elmi müstəvidə müzakirəsinə töhfə verə bilər.

Regionda davamlı sülhün təmin olunması üçün tarixi məsələlərin siyasi qarşıdurma alətinə çevrilməməsi bütün tərəflərin maraqlarına xidmət edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 766   Tarix: 08 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.