Ötən ildən qalan dondurmanı necə ayırd etmək olar?

Ötən ildən qalan dondurmanı necə ayırd etmək olar?"Yay mövsümündə dondurmaya tələbat əhəmiyyətli dərəcədə artır. Lakin istehlakçılar məhsul seçərkən yalnız dadına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də xüsusi diqqət yetirməlidirlər. Satışda olan dondurmaların ötən ildən qalıb-qalmadığını və sağlamlıq üçün risk yaradıb-yaratmadığını müəyyən etmək üçün məhsulun fiziki-orqanoleptik görünüşü, etiket məlumatları və soyuq zəncirin qorunub-qorunmaması diqqətlə yoxlanılmalıdır".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, dondurmanın formasının pozulması, üzərində iri buz kristallarının əmələ gəlməsi və teksturasının dəyişməsi məhsulun əridilərək yenidən dondurulduğunu göstərə bilər. Bu cür əlamətlər məhsulun keyfiyyətinin aşağı düşdüyünü və istehlak üçün risk daşıya biləcəyini göstərən ilk siqnallardır:

"Unutmaq olmaz ki, dondurma süd əsaslı mürəkkəb məhsul olduğundan mikrobioloji və kimyəvi risklərə qarşı həssasdır. İstehsal, daşınma və ya saxlanma zamanı tələb olunan temperatur rejiminə əməl edilmədikdə, Listeria monocytogenes, Salmonella və Escherichia coli (E. coli) kimi patogen mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yarana bilər. Bu isə ciddi qida zəhərlənmələrinə səbəb ola bilər.

Dondurma əridilib yenidən dondurulduqda onun bircinsliliyi pozulur, süd şəkəri və su ayrılır, iri və sərt buz kristalları əmələ gəlir. Bu, həm məhsulun strukturunu korlayır, həm də soyuq zəncirin pozulduğunu göstərir. Uzun müddət saxlanılan dondurmalarda süd yağlarının oksidləşməsi nəticəsində dad və qoxu dəyişə, həmçinin insan sağlamlığı üçün arzuolunmaz birləşmələr yarana bilər.

Mütəxəssislər bildirirlər ki, qablaşdırmanın ön hissəsində yazılan "dietik", "fit", "şəkərsiz", "bio" və ya "uşaqlar üçün təbii" kimi ifadələr hər zaman məhsulun həqiqi keyfiyyətini əks etdirmir. Məhsulun real tərkibini öyrənmək üçün arxa hissədə yerləşən etiket mütləq oxunmalıdır.

"Şəkərsiz" kimi təqdim olunan bəzi dondurmaların tərkibində fruktoza siropu, maltodekstrin və ya qarğıdalı siropu kimi yüksək qlisemik indeksə malik maddələr ola bilər. Keyfiyyətli dondurma əsasən süd yağı əsasında hazırlanmalıdır. Tərkibdə hidrogenləşdirilmiş bitki yağlarının olması trans yağ riskini artırır və məhsulun qida dəyərini azaldır. Eyni zamanda, tərkibində çoxlu süni dadlandırıcı və rəngləndirici olan məhsullardan uzaq durmaq tövsiyə edilir".

Qablaşdırması əzilmiş, deformasiyaya uğramış və ya sıxılmış dondurmalar alınmamalıdır. Həmçinin paketin üzərində ağ qırov təbəqəsinin olması və ya içəridə iri buz dənəciklərinin hiss edilməsi məhsulun əridilərək yenidən dondurulduğuna işarə edir. İstehsal və son istifadə tarixləri də mütləq yoxlanılmalıdır.

Dondurma xüsusilə uşaqlar, hamilə qadınlar, yaşlılar və allergiyası olan şəxslər üçün daha diqqətlə seçilməlidir. Süd zülalları (kazein və alfa-laktalbumin), laktoza, eləcə də qoz, fındıq, yerfındığı və qlüten kimi allergenlər bəzi insanlarda ciddi allergik reaksiyalara, hətta anafilaktik şoka səbəb ola bilər. Buna görə də qablaşdırmada allergenlər və mümkün çarpaz çirklənmə barədə xəbərdarlıqlar diqqətlə oxunmalıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 821   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.