9 min müəllim işsiz qaldı - Bəs dövlətin növbəti addımı nə olacaq?

9 min müəllim işsiz qaldı - Bəs dövlətin növbəti addımı nə olacaq?"Sertifikatlaşdırma mərhələsindən keçə bilməyən və nəticədə işsiz qalan doqquz minə yaxın müəllim məsələsi, ilk növbədə, ciddi sosial problemdir. Bu rəqəmin arxasında sadəcə statistika deyil, illərini müəllimlik peşəsinə həsr etmiş insanların taleyi, ailələrinin dolanışığı və yaşadıqları mənəvi sarsıntılar dayanır. Ona görə də cəmiyyətin bu insanların gələcəyi ilə bağlı suallar verməsi və cavab gözləməsi tamamilə təbiidir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, prosesin hüquqi və institusional məsuliyyəti birbaşa Elm və Təhsil Nazirliyinin üzərinə düşür. Nazirlik sertifikatlaşdırmanı təhsilin keyfiyyətini yüksəltmək, şagirdlərin daha peşəkar və müasir tələblərə cavab verən müəllimlərdən təhsil almasını təmin etmək məqsədilə həyata keçirdiyini bildirir. Rəsmi yanaşmaya görə, dövlət uşaqların keyfiyyətli təhsil almaq hüququnu qorumağa çalışır və minimum bilik səviyyəsini nümayiş etdirə bilməyən müəllimlərin sinif otağında qalmasını gələcək üçün risk hesab edir:

"Lakin məsələyə yalnız bu prizmadan yanaşmaq düzgün olmazdı.

Əsas suallardan biri budur: Bu doqquz min müəllimin bu vəziyyətə düşməsində yeganə məsuliyyət onların üzərinə düşürmü? Məncə, xeyr. Bu, eyni zamanda, illər boyu pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin, müəllimlərin peşəkar inkişafını təmin etməli olan metodiki dəstək mexanizmlərinin və ümumilikdə təhsil idarəetmə sisteminin də məsuliyyətidir. Əgər bir müəllim uzun illər məktəbdə çalışdıqdan sonra peşəyə yararsız hesab edilirsə, onu hazırlayan, diplom verən və fəaliyyəti dövründə qiymətləndirən sistem də bu nəticəyə görə məsuliyyət daşıyır.

Məhz buna görə də işsiz qalan bu müəllimlərə veriləcək ən düzgün cavab onları taleyin ümidinə buraxmaq deyil, yeni imkanlar yaratmaqdır. Dövlət onların bilik və təcrübəsindən təhsilin digər istiqamətlərində - məktəbəqədər təhsil müəssisələrində, yardımçı pedaqoji vəzifələrdə, dərnək və əlavə təhsil proqramlarında, eləcə də icma əsaslı sosial layihələrdə istifadə etmək üçün yenidən hazırlıq və ixtisasartırma proqramları həyata keçirə bilər.

Əks halda, bir tərəfdən təhsilin keyfiyyətini yüksəltməyə çalışarkən, digər tərəfdən minlərlə insanın işsiz qalması fonunda sosial narazılığın artmasına səbəb ola bilərik. Təhsildə keyfiyyətin yüksəldilməsi mühüm məqsəddir, lakin bu məqsədə çatarkən insan amili və sosial ədalət prinsipi də diqqətdən kənarda qalmamalıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 929   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.