Çinin addımı dünyaya nümunə olacaq? Ölkəmizdə də süni intellekt məktəblərdə məcburi tədris oluna bilər - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Çində orta məktəblərdə süni intellektin tədrisinin məcburi hala gətirilməsi dünyada təhsil sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkə rəhbərliyi hesab edir ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün şagirdlər hələ məktəb illərindən süni intellekt texnologiyalarını öyrənməli və onlardan düzgün istifadə etməyi bacarmalıdırlar. Bu istiqamətdə Çin son illər AI savadlılığının bütün təhsil pillələrinə inteqrasiyasını sürətləndirir. Bəs bu tendensiya getdikcə dünyanın digər ölkələrinə də yayıla bilərmi? Süni intellekt artıq təhsil, səhiyyə, iqtisadiyyat və gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi üçün bir çox ekspertlər hesab edirlər ki, yaxın illərdə müxtəlif dövlətlər məktəb proqramlarına AI üzrə fənlərin daxil edilməsini sürətləndirəcək.
Bu baxımdan Azərbaycanda da gələcəkdə süni intellektin məktəb proqramlarında ayrıca fənn və ya mövcud dərslərin tərkib hissəsi kimi tədris olunması gündəmə gələ bilər. Belə bir addım ölkənin rəqəmsal transformasiya strategiyasına və gələcəyin əmək bazarına hazırlıq baxımından nə dərəcədə vacibdir? Azərbaycanın təhsil sistemi bu yeniliyə hazırdırmı? Bu suallar hazırda geniş müzakirə olunan mövzulardan biridir.
Mövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, süni intellektin təbliği və tədrisi həm dünyada, həm də Azərbaycanda mütləq şəkildə məcburi olacaq. Onun sözlərinə görə, Çin bu addımı atmaqla gələcəyin qlobal rəqabətində ilk böyük gedişini etdi, çünki yaxın onilliklərdə bu texnologiyanı anlamaq və idarə etmək bu günün oxuyub-yazmaq bacarığı qədər fundamental zərurətə çevrilir: "Ölkəmiz bu qlobal axının uzağında deyil. Hazırda orta məktəblərdə tətbiq edilən "Rəqəmsal bacarıqlar" layihəsi əslində bu böyük keçidin ilkin bünövrəsini qoyub. Lakin süni intellektin tam bir fənn kimi oturuşması üçün dərsliklərin dili şagirdin qavrayışını ağırlaşdıran lüzumsuz terminlər yığınından təmizlənməli, dərslər gənclərin yaradıcı təfəkkürünü təhrik edən, rəqəmsal dünyaya milli ruh qatan bir məzmunda qurulmalıdır.
Həqiqi tərcümə və yaradıcılıq bacarığına malik peşəkarlar, eləcə də möhkəm redaktor institutu formalaşdıqca, bu keçid daha səmərəli olacaq. Nəticədə, süni intellekt insanın təxəyyülünü əvəz etmək üçün yox, onu sürətləndirmək və daha uca zirvələrə daşımaq üçün hər bir şagirdin fərdi köməkçisinə çevriləcək və təhsil sistemimizdə öz məcburi yerini mütləq alacaq".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 641 Tarix: 03 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur
16:20 168 Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub
Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo
17:40 129 Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama
ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs
19:50 0 Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR
"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy
14:36 224 7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
10:38 254 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"
"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə
19:40 0 20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi
44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların
11:11 227 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti
11:22 272 Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı
Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər
18:40 103