İşəgötürən işçinin xəbəri olmadan əmək müqaviləsini dəyişə bilərmi?

İşəgötürən işçinin xəbəri olmadan əmək müqaviləsini dəyişə bilərmi?"Əmək müqaviləsinin məzmunu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələbləri gözlənilməklə tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, Əmək müqaviləsi Məcəllədə nəzərdə tutulmuş əmək şəraiti şərtləri, işçinin əmək funksiyası, tərəflərin hüquq və öhdəlikləri, eləcə də tərəflərin razılaşdırdıqları əlavə şərtlər göstərilməklə fərdi qaydada bağlanılır:
İşəgötürən işçinin xəbəri olmadan əmək müqaviləsini dəyişə bilərmi?"Əmək müqaviləsinə edilən bütün dəyişikliklər yalnız işəgötürən və işçinin qarşılıqlı razılığı əsasında həyata keçirilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinin yeni redaksiyasında öz əksini tapır.

Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, elektron sənəd formasında bağlanmış əmək müqaviləsinə dəyişiklik edilərkən ilkin müqavilə yenidən tərtib olunaraq təsdiqlənir. Bu o deməkdir ki, əvvəlki qaydada olduğu kimi müqaviləyə sadəcə əlavə hazırlanması praktikası tətbiq edilmir. Dəyişikliklər yeni redaksiyada əmək müqaviləsi formasında rəsmiləşdirilir.

Bundan başqa, Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsi və ya ona edilən dəyişikliklər tərəflərin gücləndirilmiş elektron imzası ilə təsdiq edildiyi andan, yəni son imzanın atıldığı tarixdən hüquqi qüvvəyə minmiş hesab olunur. Elektron əmək müqaviləsində dəyişikliklərin qüvvəyə minmə tarixi ilə yanaşı, sənədə neçə dəfə dəyişiklik edildiyi barədə məlumat da əks etdirilir.

Bu səbəbdən işçinin razılığı və məlumatı olmadan əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik edilməsi qanunvericiliyin tələblərinə ziddir və hüquqi baxımdan mümkün hesab edilmir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 662   Tarix: 03 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək

Azərbaycanda istilik haqlarını ödəməyən binalara istiliyin verilməsi mümkün olmayacaq. Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azəristiliktəchizat" ASC-dən məlumat verilib. Bildirilib ki, builki istilik mövsümündə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur

16:20 168
.

Kanada və ABŞ ticarət sazişi üzrə danışıqlarda irəliləyişə nail olub

Kanada və ABŞ ticarət sazişinin bağlanmasına doğru irəliləyirlər, lakin hələ ki, razılaşma əldə olunmayıb. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni bildirib. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampla uzunmüddətli və məzmunlu telefo

17:40 129
.

Tramp Putinlə görüşəcək? - Ağ Evdən açıqlama

ABŞ Prezidenti Donald Tramp 18-19 noyabr tarixlərində Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin ilə görüşmək niyyətindədir. -ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin nümayəndəs

19:50 0
.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - ARTIRILIR

"Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyy

14:36 224
.

7 alma 100 minə satıldı

Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor

10:38 254
.

Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı"

"Ermənistan və Azərbaycan indi yekun və uzunmüddətli sülh yaratmaq üçün tarixi şansa malikdir". xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan Dublində Beynəlxalq və Avropa Əlaqələri İnstitutunda aparılan müzakirələr zamanı bildirib. Nikol Paşinyan bildirib ki, bu fürsətdə

19:40 0
.

20 noyabr 2020-ci il Zəfərimizin Şanlı Qələbəsi

44 gün ərzində döyüş meydanında Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazaların

11:11 227
.

Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu

"Azərbaycan Ordusunda xidmətə yeni başlayan gənc əsgərlərin sağlamlığını qorumaq məqsədilə həyata keçirilən preventiv tədbirlərlə əlaqədar hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub". xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Hərbi hissələrdə effekti

11:22 272
.

Yaponiyada 3.3 milyon insanın məlumatları oğurlandı

Yaponiyanın "Keisei Electric Railway" dəmiryolu operatoru bazalarına icazəsiz giriş nəticəsində müştərilərin şəxsi məlumatlarının sızması barədə informasiya yayıb. xəbər verir ki, operatorun məlumatında bildirilib ki, təxminən 3.37 milyon istifadəçinin şəxsi məlumatları oğurlanmış ola bilər

18:40 103
.